Kuik 370-ci qələbəsini qazandı

1.03.2023 14:03 199
İdman
MHL-də həftəsonu keçirilən oyunlar bəzi maraqlı məqamlarla əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, “Los-Anceles”in qolkiperi Conatan Kuik “Aylenders”lə oyunda 18 zərbədən 16-nı qaytarmaqla komandasının qələbəsində böyük rol oynadı.

Liqada 370-ci qələbəsini qazanan Kuik Tom Barrassonu (369) arxada qoydu və bu göstəricidə amerikalı qapıçılar arasında 3-cü yerə yüksəldi.

ABŞ-dan olan qapıçılar arasında MHL-də qələbə sayına görə rekord Rayan Millerə (391) məxsusdu, 2-ci yerdə isə Con Vanbisbruk (374) qərarlaşıb.