Bu gün Azərbaycanda təşkil olunan 3-cü MDB Oyunlarına yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, yarışın son günündə bədii gimnastlar mübarizə aparacaq.
Saat 19.00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi olacaq. Yarışın açılış mərasimi də sentyabrın 28-də bu arenada olmuşdu.
3-cü MDB Oyunlarına 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.