Xatırladaq ki, mövsümün startı ərəfəsində komandadan birdən-birə 7 aparıcı futbolçu ayrıldı. Onda klubun rəhbəri Yaşar Seyidov durumu anlayışla qarşıladı, akademiyasına güvəndi.
Bəs indi “Dinamo”da nə düşünürlər? Bu işlərin axırı necə olacaq? Komanda 2-ci liqada yerini itirmək təhlükəsi ilə üzləşməyibmi?
Klub prezidenti Yaşar Seyidov bu barədə fikrini “Football-plus.az” ilə bölüşdü:
“Qarşıda 24 tur var. Komandada ilk dəfə peşəkar futbol oynayan uşaqlar var. Onların püxtələşməsi üçün vaxt lazımdı. Onlardan böyük işlər tələb etmək düzgün olmaz. Bu uşaqlardan gözləntilərimiz böyükdü. Hədəfimiz əvvəldən 2-ci liqada qalmaqdı. Tanınmayan gəncləri hər kəs tanıyacaq. 4-5 oyundan sonra komanda toparlanacaq. Əlbəttə, 2-ci liqada qalacağıq. Nikbin olmaq lazımdı”.
MÜZƏFFƏR QULUZADƏ





