“Dinamo”nun rəhbəri Yaşar Seyidov oyunu belə dəyərləndirdi:
“Komandamız məzmunlu oyun nümayiş etdirdi. Məşqçinin verdiyi tapşırıqları futbolçular gözəl yerinə yetirdilər. Komandanın qarşısına qoyulan əsas məqsəd 2-ci liqada qalmaq və gəncləri Azərbaycan futboluna qazandırmaqdı. Qısa müddətdə bəzi belə futbolçuları tanıtdıra bilmişik. Bu istiqamətdə işləyirik və belə davam edəcəyik”.
ƏSƏD SEYİDOV





