Pilot prezident olmaq istəyir

22.09.2025 22:53 16
İdman
İsveçrəli pilot Laura Villars Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti postuna seçkidə iştirak edəcəyini açıqlayıb.

28 yaşlı pilot bildirib ki, FİA yenidən klubların və lisenziya sahiblərinin federasiyası olmalıdı: "Məqsədim idarəçiliyi daha demokratik, şəffaf, məsuliyyətli, qadınlara və yeni nəslə açıq etməkdi. Əminəm ki, avtoidman dünyanı ilhamlandırmaq üçün müxtəlifliyə və innovasiyalara ehtiyac duyur”.
FİA prezidentliyinə seçki bul il dekabrın 12-də keçiriləcək.

Qeyd edək ki, Villars karyerası ərzində ümumilikdə 58 yürüşdə - "Ultimate Cup Series F3R", "F4 UAE", "Ferrari Challenge Europe" və "Europe Ligier Series" yarışlarında iştirak edib. 2023-cü ildə "Ultimate Cup Series F3R"də tam mövsüm keçirərək ümumi sıralamada 5-ci olub. 2025-ci ildə “Virage” komandası ilə "Europe Ligier JS P4 Series"də çıxış edir.

Xatırladaq ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti postunu 2021-ci ilin dekabrından bəri Məhəmməd bin Sulayem tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul