“Ruslara münasibətdə daha sərt tədbirlər lazımdı”

22.09.2025 20:23 12
İdman
Ukraynalı tennisçi Elina Svitolina Rusiyadan olan idmançıların məlum səbəbdən beynəlxalq turnirlərdən uzaqlaşdırılmasını şərh edib:
“Bu, idman qurumlarının qərarıdı. Bəziləri deyirlər ki, idman siyasətdən kənardadı, ancaq ondan təbliğat vasitəsi kimi istifadə olunursa, deməli, kənarda deyil. Hansısa ideyanı idmançılar vasitəsi ilə yeritmək olmaz. Rusiyaya münasibətdə bəzi addımlar atılıb – bayraqları qadağan olunub, iştiraklarına icazə verilmir, ancaq daha sərt tədbirlər lazımdı”.
Maraqlıdı ki, Rusiya Olimpiya Komitəsinin başçısı Mixail Deqtyarev bir neçə gün əvvəl Rusiya yığmasının 2028-ci ildə keçiriləcək Olimpiadada bütün idman növləri üzrə, tam heyətlə çıxış etmək niyyətində olduğunu deyib. Bu isə indiki vaxtda ancaq yuxu kimi görünür.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul