Bu yay “Kəpəz”dən ayrılan Elmir Tağıyev legioner həyatı yaşayacaq.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Kosovoda çıxış edəcək.
O, yüksək liqa təmsilçisi “Dreniça”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tağıyevlə mövsümün sonuna qədər müqailə imzalanıb. "Dreniça" hazırda Superliqada 2 oyuna 4 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Elmir Tağıyev "Səbail" və "Turan Tovuz"da da çıxış edib.