Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi qarışıq komanda yarışına qatılıb.
"Football-plus.az" xəbər verir ki, yığmamız mübarizəyə qələbə ilə start verib. Komandamız 1/8 finalda Gürcüstan millisinə 4:2 hesabla qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, cüdoçularımız daha əvvəl fərdi yarışı 2 bürünc medalla başa vurub. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat qazanıb.