Hakimimiz Multi Avropa Oyunlarında

29.08.2025 12:15
İdman
Taekvondo hakimimiz beynəlxalq turnirə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Serbiyanın Nis şəhərində keçiriləcək Multi Avropa Oyunlarında beynəlxalq dərəcəli referi Coşqun Nadirov ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, bu gün başlayacaq yarış 3 gün davam edəcək.