Basketbolçu qızlardan ibarət U-16 millimiz Avropa çempionatında ilk qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, B divizionunda yer alan komanda 17-19-cu yerlər uğrunda oyunda İrlandiyaya 64:62 hesabı ilə qalib gəlib.
Milli turnirdəki sonuncu matçını sabah keçirəcək. Basketbolçularımız Şimali İrlandiya yığması ilə qarşılaşacaqlar.