2-ci liqada 2025/26 mövsümünün püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Püşkə əsasən ilk turda aşağıdakı cütlüklər qarşılaşcaqlar.
1-ci tur
Göygöl - Araz Saatlı
Kür-Araz- Ağdaş
Şirvan- Şəmkir
Dinamo - Xankəndi
Hypers Quba - Qaradağ Lökbatan
Ağstafa Gəncləri - Şəki Siti
Qeyd edək ki, 2-ci liqada yeni mövsüm sentyabrın 4-də start götürəcək. Turnir 12 komandanın iştirakı ilə 2 dövrəli sistemlə keçiriləcək.