UEFA-nın C kateqoriyalı məşqçi kursunun 1-ci modulu keçirildi

25.10.2024 14:12 270
Ölkə futbolu
AFFA-nın inzibati binasında UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu keçirilib.

"Football-plus.az" xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik ediblər.

Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü mərhələsi dekabrın 3-dən 6-dək, dördüncü mərhələsi isə dekabrın 16-dan 23-dək olacaq.