"Şamaxı" "Zirə"yə qalib gəldi

10.08.2025 10:00 14
Ölkə futbolu
“Zirə” və “Şamaxı” yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, "Azərsun Arena”da keçirilən görüş şamaxılıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı"nın heyətində qolları Karim Rossi və Andrey Tirkoveanu vurub. "Zirə"nin yeganə qolunun müəllifi isə penalti zərbəsindən Ceyhun Nuriyev olub.