Sabiq klubuna qayıdacaq

29.07.2025 10:00 4
Dünya futbolu
Joao Felişin yeni iş yeri müəyyənləşib.

Portuqaliya millisinin və “Çelsi”nin hücumçusu sabiq klubu “Benfika”ya qayıdacaq. İnsayder Nikolo Skiranın məlumatına görə, 26 yaşlı hücumçu artıq transferlə bağlı “Benfika” ilə razılığa gəlib. Yaxında tərəflərin müqavilə imzalayacağı gözlənilir.

Feliş 2015-19-cu illərdə “Benfika”nın sistemində olub. Sonra 127,5 milyon avroya “Atletiko”ya keçib. Ötən mövsümün ikinci yarısında isə icarə əsasında “Milan”da oynayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul