"Zirə"nin rəqibindən inamlı qələbə

15.07.2025 23:55 12
Dünya futbolu
Konfrans Liqasının 2-ci mərhələsində ölkəmizi təmsil edəcək "Zirə"nin rəqibi "Hayduk" yoxlama matçında qüvvəsini sınayıb.

"Football-plus.az" xəbər verir ki, Split təmsilçisi "Croatia Zmijavci" klubu ilə qarşılaşıb.

İlk hissəsi 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın fasiləsindən sonra "Hayduk" daha 3 dəfə fərqlənib. "Zirə"nin rəqibinin heyətində Kalik, Skoko, Livaya və Şarliya fərqlənib.

Splitlilər növbəti yoxlama görüşündə LASK-la (Avstriya) güclərini sınaqdan keçirəcək.

Xatırladaq ki, "Zirə" ilə "Hayduk" arasında mərhələnin ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə ayın 31-də Spilit şəhərində baş tutacaq.