İqor Ribeyro "Neftçi"də - rəsmi

2.07.2025 12:55 47
Ölkə futbolu
“Neftçi” İqor Ribeyro ilə müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildi.

“Araz-Naxçıvan”la razılaşmaya əsasən, Ribeyro bu komandanın Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.