Daha bir il "Araz-Naxçıvan"ın formasını geyəcək

14.04.2025 13:53 7
Ölkə futbolu
"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunu ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/26-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyəcək.

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.