"O, mənim haqqımda məndən çox danışır"

24.06.2025 06:58 10
İdman
Bakıda keçirilən UFC turnirində həmyerlisi Camaal Hilli məğlub edən amerikalı döyüşçü Xalil Rauntri onun döyüşünü tənqid edən dünya çempionu Maqomed Ankalayevə cavab verib.

"Football-plus.az" xəbər verir ki, o, rusiyalı həmkarını onun haqqında çox danışdığı üçün qınayıb:
"O, mənim haqqımda məndən çox danışır. Sən çempionsan. Niyə mənim haqqımda danışırsan? Məni rahat burax. Get çempionluğundan zövq al. Məni xatırlamağı dayandır. Aman Allahım, Ankalayevlə bağlı sual qapanıb”.