“Krasnodar” üçün heç bir fərqi yox idi” - Murad Musayevdən Kadinin gedişinə qəribə reaksiya

10.07.2024 01:15 989
Dünya futbolu / Manşet
Kadi Borgesin transfer söz-söhbəti dünən qapandı. Futbolçu növbəti mövsüm “Ferentsvaroş”da forma geyəcək.

İndi əldə olan informasiya budu ki, “Krasnodar” onu “Qarabağ”a satmağı lazım bilməyib. Halbuki ağdamlılar “öküzlər”ə Macarıstan çempionu ilə müqayisədə daha çox pul təklif etmişdi.

Başqa bir versiya da var: guya bu transferə mane olanlardan biri də Murad Musayevdi. “Football-plus.az” bu məsələ ilə bağlı “Krasnodar”ın baş məşqçisinin fikirlərini öyrənməyi lazım bildi:

“Mənim haqqımda deyilənlər doğru deyil. Başa düşmürəm ki, niyə sual yaranır?! Kadi “Ferentsvaroş”un oyunçusudu. Ona görə də haqqında danışa bilmərəm. Klublar arasında danışıqların necə getdiyini deyə bilmərəm. “Krasnodar” üçün Kadinin gələcəkdə hansı klubda oynamağa davam etməsinin heç bir fərqi yox idi”.

RÖYANƏ OĞUZ