Millimiz mübarizəni dayandırdı

27.05.2025 20:54 7
İdman
Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsi davam edir.

"Football-plus.az" xəbər verir ki, bu gün başa çatacaq yarışın ikinci günü 1/4 final görüşləri ilə başlayıb.

Millimiz Latviya ilə üz-üzə gəlib. Üç gün əvvəl Dünya kubokunun seçmə oyununda 11:18 hesabı ilə uduzaraq Monqolustandakı həlledici turnirə vəsiqəni əldən verən yığmamız Baltikyanı ölkə təmsilçisindən revanş almağa çalışıb. Amma komandamız istəyinə çatmayıb. Latviyalar 21:16 hesabı ilə qalib gəliblər.

Qadın seriyası
Bakı mərhələsi
1/4 final
27 may

Niderland - İtaliya - 21:14
Misir - "Takasaki" - 20:19
Çin - Avstriya - 21:14
Latviya - Azərbaycan - 21:16