• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Milliyə dəvət olunan futbolçular mütəmadi olaraq, şans qazanmalıdı"

Manşet / Müsahibə

23-05-2025, 16:0

"Football-plus.az" millimizin baş məşqçisi Fernando Santuşun mətbuat konfransını təqdim edir.

- Latviya və Macarıstana qarşı oyunlardan gözləntiləriniz necədi?
- Məqsədimiz, həmişə olduğu kimi, yaxşı məşq prosesi keçmək və rəqiblərə qalib gəlməkdi.

- Yığmaya dəvət etmək istəsəz də, tərəddüd etdiyiniz və ya hansısa səbəbdən çağıra bilmədiyiniz futbolçu oldu?
- Əlbəttə. Bəzi oyunçular zədəli olduqları üçün millidən kənarda qaldı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdi. Əvvəli toplanışda Ramil Şeydayev və Ozancan Kökcü də iştirak etmişdi. Ancaq son vaxtlar klublarında mütəmadi oynamadıqları üçün bu dəfə onları dəvət etmədik. Yenə komandalarında aparıcı oyunçular sırasına düşsələr, çağıracağıq. Mütəmadi meydana çıxmayan futbolçular milliyə də dəvət olunmayacaq. Millinin qapısı hamıya açıqdı.

- Mətbuatda yayılan xəbərlərə inansaq, Latviya və Macarıstana uduzacağınız təqdirdə istefaya göndərilə bilərsiz...
- Söz-söhbətlər haqda danışmaq istəmirəm. Bu məsələ haqda nə deyə bilərəm? Qərarı AFFA rəhbərliyi verir. Onlardan asılıdı.

- Təyinatınızdan sonra komandada nələri inkişaf etdirmisiz? Düzü, nəticələr ortadadı. Ancaq oyun baxımından da hansısa irəliləyiş hiss olunmur.
- Biz uzun yola çıxmışıq. Layihə uzun müddəti əhatə edir. İndiyə qədər xeyli oyunçu milliyə çağrılıb, bizimlə tanış olub. Davam etməliyik. Bu yolun sonunda uğurlu olacağımıza inanıram.

- Premyer-liqada mövsüm başa çatır. Çempionatımıza 10 ballıq şkala üzrə hansı qiyməti verərdiz?
- "Qarabağ"ın gücü, iddiası hamıya bəllidi. Bu komandanın hansı səviyyədə çıxış etdiyini bilirik. Ancaq premyer-liqaya 5 bal verərdim. Bəli, bütün kollektivlərin baş məşqçiləri istəkli görünür və müəyyən hədəflər uğrunda mübarizə aparır. Ancaq yalnız 3-4 komandanpn hədəfi yuxarı pillələrdə qərarlaşmaqdı.

- Vüsal İsgəndərli yenə millidən kənarda qaldı. Bunun səbəbi nədi?
- Heyətə 25 futbolçu dəvət edə bilərik. 55 oyunçu çağırası deyilik ki... Vüsalı izləmişik. Klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir (onun əsas ampluası yarımmüdafiəçidi - red.)

- Dediz ki, klubunda mütəmadi şans qazanmayan oyunçular milliyə çağırılmayacaq. Onda növbəti mövsümdən bu məsələni necə tənzimləyəcəksiz? Nəzərə alaq ki, legioner limiti ləğv olunub. Belədə məcburiyyət qarşısında qalıb formada olmayan futbolçuları çağıracaqsız?
- Hər matçda 5-10 dəqiqə oynamaqla iştirak ərizəsindən kənarda qalmaq, mövsümü ehtiyat oyunçular skamyasınsa keçirmək fərqli anlayışlardı. Hərənin öz klubu var. Baş məşqçilərin qərarına hörmətlə yanaşmalıyıq. Milliyə dəvət olunan futbolçunun oyun təcrübəsi olmalıdı. Başqa ölkələrdə çıxış edən azərbaycanlı futbolçuların sayı azdı. Sözümün üstündəyəm. Milliyə dəvət olunan futbolçular mütəmadi olaraq, şans qazanmalıdı. Növbəti mövsüm haqda sonra danışarıq. Əlbəttə, mən də yerli oyunçuların daha çox meydana çıxmasının tərəfdarıyam. Unutmayaq ki, premyer-liqada komanda sayı artırılıb.

- Milli üzvləri mövsüm başa çatdıqdan sonra istirahət edə bilməyəcək. Onları hansı yolla oyunlara kökləməyi düşünürsüz?
- Ümid edirəm ki, motivasiya məsələsində hansısa çətinliyimiz olmayacaq. Toplanış mayın 27-də start götürəcək. Cədvələ əsasən, gün ərzində yalnız bir məşq keçəcəyik. Belədə oyunçuların ailəsiylə vaxt keçirməyə zamanı olacaq. Ölkə kubokunun final matçında çıxış edəcək futbolçulara isə üç gün istirahət veriləcək. Ailələriylə zaman keçirdikdən sonra düşərgəyə qoşulacaqlar. Hər halda, milli ruhun varsa, komandanı sevirsənsə, motivasiyan həmişə yerində olacaq. Əvvəl çalışdığım yerlərdə futbolçular milliyə motivasiyalı gəlib. Həmişə belə olub. Azərbaycanlıları da tanıyıram və güvənirəm. İnanıram ki, onlar millidən dəvət alanda çox sevinirlər.

- Bəs, optimal heyəti nə vaxt formalaşdıracaqsız? Sizə nə qədər zaman lazımdl?
- Milliyə 25 oyunçu dəvət edirik. Fikir verirsizsə, əksəriyyəti eyni oyunçulardı. Xatırlayın, mən Millətlər Liqasının qalibi olmuşam.

- Sizə güvənirik, bu öz yerində. Ancaq nəticə yoxdu axı...
- Yoldaşlıq görüşlərinin məqsədi oyunçuları sınaqdan keçirməkdi. Toplanışlara yeni futbolçular da cəlb olunmalıdı. Onlar da millinin ab-havasını duymalıdılar. Amma yekun qərar gələcəkdə veriləcək. Hər birinin millidə oynaya bilib-bilməyəcəyini görəcəyik. Bu proses Yunanıstan və Portuqaliyada da həyata keçirilib. Fikir verin, bu gün Portuqaliya millisində çıxış edən təcrübəli futbolçuların çoxunu o vaxt 18-19 yaşları olanda milliyə mən çağırmışam. Yunanıstanda da durum bu cürdü.

- Şahruddin Məhəmmədəliyev "Qarabağ"da demək olar ki, şan qazanmır. Amma hər dəfə onu milliyə çağırırsız. Azərbaycanda gənc qapıçı yoxdu ki, indidən "çərçivə"ni ona əmanət edəsiz?
- Məlumdu ki, qapıçının yeri başqadı. O, ən özünəməxsus işlə məşğuldu. Bu mövqedə rotasiya edirik. Xatırlayırsızsa, sonuncu toplanışda Şahruddid zədələndiyinə görə, Əlirza Müştəbazadəni çağırdıq. Rza Cəfərov da var. O, perspektivli qapıçıdı. Ancaq Şahruddinin təcrübəsi böyükdü və gənclərə yardım edə biləcəyinə inanıram.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

8-11-2024, 13:0

Fernando Santuş yığmaya iki yeni futbolçu cəlb etdi

Yığma / Manşet

14-11-2023, 19:0

De Byazi “Səbail”in üzvlərini siyahıdan sildi, yığmaya iki yeni sima çağırdı

Aktual / Ölkə futbolu / Manşet / Günün xəbəri

21-03-2022, 13:0

Sənan Qurbanov "Keşlə"dən kimi milliyə layiq bilir? - AÇIQLAMA

Yığma / Manşet

6-09-2023, 17:0

De Byazinin seçimində yenə də qəribəliklər var - TƏHLİL

Yığma

24-03-2022, 22:0

"Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdı" - Canni De Byazi

Yığma / AÇ

17-06-2023, 15:0

Azərbaycanın Estoniya ilə oyun üçün sifariş ərizəsi

Aktual
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
Son xəbərlər
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Dünən, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Dünən, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Dünən, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Dünən, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Dünən, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Dünən, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 274
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 260
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 219
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə