• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazi “Səbail”in üzvlərini siyahıdan sildi, yığmaya iki yeni sima çağırdı

Yığma / Manşet

14-11-2023, 19:0

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveç, 19-da isə səfərdə Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Canni de Byazi aşağıdakı futbolçuların xidmətindən istifadə etməyi qərarlaşdırıb: qapıçılar - Şahrudin Məhəmmədəliyev (Adana Dəmirspor, Türkiyə), Yusif İmanov (Sabah), Rəşad Əzizli (Qəbələ); müdafiəçilər - Amin Seydiyev (Sabah), Rahil Məmmədov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə (hamısı "Qarabağ"), Anton Krivotsyuk (Daejon Hana, Koreya), Cəlal Hüseynov (Arda, Bolqarıstan), Höccət Haqverdi (Neftçi), Turan Manafov (Araz-Naxçıvan); yarımmüdafiəçilər - Coşqun Diniyev (Ümraniyəspor, Türkiyə), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Elvin Camalov, Aleksey İsayev (hər ikisi "Sabah"), Emil Səfərov (Qəbələ), Nəriman Axundzadə, Toral Bayramov (hər ikisi "Qarabağ"), Ozan Can Kökçü ("Eyndhoven", Niderland), Qismət Alıyev, Rüstəm Əhmədzadə (hər ikisi "Zirə"), Səbuhi Abdullazadə (Sumqayıt); hücumçular - Mahir Emreli (Dinamo, Zaqreb, Xorvatiya), Musa Qurbanlı (Yurqorden, İsveç), Ramil Şeydayev, (Buriram Yunayted, Tayland), Renat Dadaşov (Hatayspor, Türkiyə).

Yığma İsveçlə matçın hazırlığına dünən başlayıb. Baş məşqçi Canni de Byazi əvvəl olduğu kimi, komandanı Mərdəkanda - milli komandaların təlim-məşq mərkəzində bir araya gətirib. Yığma günortadan sonra bir araya gəlib və "Dalğa Arena"dakı ilk məşqdə tam heyət olmayıb. Çünki legionerlərdən Şahruddin Məhəmmədəliyev, Mahir Emreli, Musa Qurbanlı və Ramil Şeydayev bu gün millinin düşərgəsinə qoşulacaq. Ölkədən kənarda çıxış edən digər milli üzvlərindən Renat Dadaşov, Coşqun Diniyev, Cəlal Hüseynov, Anton Krivotsyuk, Ozan Can Gökçü isə artıq Bakıdadı.

Yarımmüdafiəçilər Aleksey İsayevlə Emil Səfərov zədəli olduqlarına görə çempionatın son turunda meydana çıxmayıb. “Qəbələ”nin üzvü son 3 matçda komandasına kömək edə bilməyib. İlkin məlumata görə, onların zədələri qarşıdakı matçların, heç olmasa, birində oynamağa imkan verir. Amma təbii kİ, hər ikisi milliyə gələrək hərtrəfəli müayinə olunacaq. Zədələri ciddi olarsa, futbolçular heyətdən kənarda qalacaq.

İtaliyalı mütəxəssis yığmaya iki yeni sima dəvət edib. Söhbət Səbuhi Abdullazadə ilə Turan Manafovdan gedir. Hər iki futbolçu bu mövsüm sabit oyun nümayiş etdirir. “Sumqayıt”ın üzvü 13 matçda meydana çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Sol cinah müdafiəçisi Turan Manafov da “Araz-Naxçıvan”a güc qatan futbolçulardandı. 25 yaşlı oyunçu bu mövsüm 13 matçda meydana çıxıb, 2 qol vurmağı bacarıb. De Byazi onları milliyə çağırmaqla çempionat matçlarını izlədiyini anlatmaq istəyir. Həm də bu futbolçular çempionatdakı çıxışı ilə yığmaya layiq olduqlarını isbat ediblər.

De Byazi Estoniya və Avstriya ilə matçlardan fərqli 4 futbolçunu yığmaya çağırmayıb. Bunlar “Səbail”in üzvləri Səlahət Ağayevlə Yusif Nəbiyev, Türkiyə “Tuzlaspor”unun müdafiəçisi Bəxtiyar Həsənalızadə və “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçdi. İkinci dövrədə “dənizçilər” o qədər də yaxşı performans sərgiləmir. Yəqin De Byazi bunu nəzərə alaraq Şahin Diniyevin komandasından kimisə yığmaya dəvət etməyib. Bu səbəbdən də “Sabah”dan Yusif İmanov qolkiper, “Araz-Naxçıvan”dan Turan Manafov sol cinah müdafiəçisi kimi yığmaya dəvət olunub. Maraqlı məqam Bəxtiyar Həsənalızadənin milliyə çağrılmamasıdı. Müdafiəçi TFF 1-ci liqada komandasının əsas üzvlərindən sayılır. Lakin De Byazi onu bu dəfə siyahıya salmayıb. Görünür, Bəhlul Mustafazadənin geridönüşü və Cəlal Hüseynovun “Arda”da daha yaxşı performans sərgiləməsi italiyalını bu addımı atmağa məcbur edib. “Nefçti”nin üzvü Filip Ozobiçin yığmadan kənarda qalması anlaşılandı. Yarımmüdafiəçi flaqmanın heyətində o qədər də yaxşı təsir bağışlamır. De Byazi də bunun fərqində olduğu üçün onun yerinə daha gənc Səbuhi Abdullazadəni yığmaya dəvət edib. Lakin “Neftçi”dən Rəhman Hacıyevin milliyə dəvət olunmaması düşündürücü məqamdı. Yarımmüdafiəçi əsas heyət üzvü olmasa da, son oyunlarda flaqmanın xilaskarına çevirilib.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

12-11-2023, 23:0

Millimizin heyəti müəyyənləşdi

Yığma / Manşet

8-10-2023, 23:0

Millimizin heyəti açıqlandı

Yığma / Manşet

2-06-2023, 19:0

Millimizin heyəti açıqlandı

Yığma

4-09-2023, 10:0

De Byazi millimizin heyətini açıqladı

Yığma / Manşet

17-03-2023, 18:0

Millimizin heyəti bəlli oldu

Yığma

18-03-2023, 10:0

Millimizin Avstriya və İsveçlə oyunlar üçün heyəti açıqlandı

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə