Azərbaycanın Estoniya ilə oyun üçün sifariş ərizəsi

17.06.2023 15:16 266
Yığma / AÇ
Azərbaycan millisinin bu gün Estoniyaya qarşı keçiriləcək oyun üçün sifariş ərizəsi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, daha əvvəl milliyə dəvət edilən oyunçulardan müdafiəçilər Cəlal Hüseynov və Azər Salahlı heyətdə yer almayıblar.

Baş məşqçi Canni de Byazi heyətə aşağıda adları çəkilən bu oyunçuları daxil edib:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Yusif İmanov

Müdafiəçilər: Amin Seydiyev, Höccət Haqverdi, Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk

Yarımmüdafiəçilər: Filip Ozobiç, Elvin Camalov, Aleksey İsayev, Emin Mahmudov, Emil Səfərov, Qismət Alıyev, Coşqun Diniyev

Hücumçular: Namik Ələsgərov, Ramil Şeydayev, Musa Qurbanlı, Renat Dadaşov, Rüstəm Əhmədzadə, Mahir Əmrəli.