Canini de Byazi 24 futbolçuya dəvət göndərib. Yığmaya "Keşlə" və "Səbail"dən bir futbolçu belə cəlb olunmayıb. Bu barədə "qırmızı-ağlar"ın baş məşqçisi Sənan Qurbanovun fikrini öyrəndik. Mütəxəssis "Football-plus.az" saytına bunları dedi:
"Əlbəttə, biz də istərdik ki, futbolçularımız milliyə dəvət olunsun. Amma belə qərar verilibsə, buna hörmətlə yanaşırıq".
Görəsən, çalışdırıcı hansısa futbolçunun milliyə dəvət alacağını gözləyirmiş?
"Son zamanlar bizim komandadan Şəhriyarla Rəhman milliyə dəvət alırdı. İndi çağrılmayıblarsa, deməli, daha çox çalışıb, məşqçilərin diqqətini cəlb etməlidilər. Hər ikisinin hazırda komandamıza köməyi dəyir".
GÜNAY VƏLİYEVA



