Nurlan Novruzov da gedir?

22.05.2025 11:12 40
Aktual / Ölkə futbolu
Ötən gün saytımıza açıqlama verən “Qaradağ Lökbatan”ın futbolçusu Bahadur Həziyev “2-ci liqada oynamaq fikrim yoxdu” demişdi.

Onun komanda yoldaşı Nurlan Novruzovun da bu barədə fikrini öyrəndik:
“Bu barədə axırıncı oyundan sonra danışsaq, yaxşı olar. İndidən nəsə demək düz olmaz. Sabah son oyunumuzu keçirək, ondan sonra hansı komandaya və ya hansı liqaya keçəcəyimlə bağlı danışmaq olar”.


MÜZƏFFƏR QULUZADƏ