Klubun fəaliyyətini dayandıracağı ilə bağlı yayılan xəbərlər doğrudumu? Sizə klubdan bununla bağlı hansısa məlumat verilibmi? Klub fəaliyyətini dayandırarsa, karyeranızı necə davam etdirməyi düşünürsüz? Bu sualları “Qaradağ Lökbatan”ın futbolçusu Bahadur Həziyevə ünvanladıq:
“Bu barədə hələlik məlumatım yoxdu. Rəhbərliklə danışa bilərsiz. Çempionat başa çatandan sonra bilinəcək. Hazırda bəzi təkliflər var, onları çempionatdan sonra dəyərləndirəcəyəm. İkinci liqada oynamaq fikrim yoxdu”.
ƏSƏD SEYİDOV





