“Hər yerdə “Neftçi”nin veteranı kimi oynamışam, amma bu dəfə...” - Yunis Hüseynovdan çağırış

15.05.2025 16:57 60
Aktual / Ölkə futbolu
Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək.

Mayın 19-da keçiriləcək oyunda “Neftçi 2000-lər” və “Premyer-liqa məşqçiləri” qarşılaşacaq. “Premyer-liqa məşqçiləri” komandasında oynayacaq Yunis Hüseynovun “Football-plus.az”a açıqlaması:
“Belə turnirlərin, yoldaşlıq görüşlərinin keçirilməsi çox yaxşı haldı. Veteranlar oynayacaq. Hər yerdə “Neftçi”nin veteranı kimi oynamışam, amma bu dəfə “Premyer-liqa məşqçiləri”nin heyətində “Neftçi”yə qarşı oynayacam. Dünya çempionatından əvvəl belə oyunun keçirilməsi, məncə, çox maraq doğuracaq. Azarkeşlərdə də yaxşı təəssürat yaradacaq. Özümüz də oyunu maraqla gözləyirik. Hər kəsi bu oyunda gözləyirəm. Hər kəs veteran futbolçuların nəyə qadir olduğunu gəlib görə bilər. Bütün veteranlar texnikalı, sürətli, futbol savadı olan futbolçulardı”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul