“Belə davam etsə, “Neftçi” heç Konfrans Liqasına vəsiqə qazana bilməyəcək” – Yunis Hüseynov

11.11.2024 00:31 582
Aktual / Ölkə futbolu
“Neftçi” Samir Abasovun rəhbərliyi altında keçirdiyi 4-cü oyunda qələbə qazana bilmədi. “Şamaxı”- “Neftçi” qarşılaşması heç-heçə bitdi – 2:2.

Maraqlıdı ki, həmin görüşdə hesabdan məmnun olmayan azarkeşlər Ayxan Abbasova da psixoloji təzyiq göstərdi. Belə ki, oyundan sonra Abbasov mətbuat konfransında bu barədə belə danışdı:

“Bu gün rəqib “Neftçi”di. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. “Neftçi”nin qələbəsi üçün komandamı qabağa çıxarmağımı istəyirlər. Deyir futbol oynamırsız, mən də zarafatla dedim ki, bəs nə oynayırıq? (gülür). Bilirdim ki, təzyiq olacaq. Bu mübarizəni istəyirdim futbolçulardan. Belə mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq”.

Bəs “Neftçi” bu görüşdə rəqibdən daha yaxşı oynadı, yoxsa əksinə?

“Football-plus.az” veteran futbolçu Yunis Hüseynovun fikirlərini öyrənib:

“Hər məşqçinin öz taktikası var. Hər bir oyunu təhlil edib taktikalarını seçirlər. Məşqçilərin işinə isə qarışa bilmərik. Oyun baxımından da “Neftçi” özünü yaxşı tərəfdən göstərmir. Dəyişikliklər olandan sonra da “Neftçi” həminki kimi oynayır. Heç də yaxşı çıxışla yadda qalmır. “Şamaxı” ilə oyunda da bərabər səviyyəli oyun keçdi. Şamaxıda komanda heç də yaxşı çıxış etmədi. Ona görə düşünürəm ki, belə davam etsə, heç Konfrans Liqasına da vəsiqə qazana bilməyəcək. Oyun üslubunda da yenilik yoxdu. Komanda çempionatda çox zəif çıxış edir”.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul