• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” sıradan çıxdı, dörd vəsiqəyə beş iddaçı qaldı - ŞƏRH

Ölkə futbolu / Manşet

29-04-2025, 11:0

Beləliklə, ölkə kubokunun yarımfinalını geridə qoyduq. “Araz-Naxçıvan”ı qəbul edən “Qarabağ” finala adını yazdırdısa, “Sabah” – “Neftçi” cütünün qalibi Masazır təmsilçisi oldu. Bu o deməkdi ki, proqnozlar doğruldu, daha doğrusu, favorit komandalar statusuna layiq çıxışla yadda qaldı.

Yenə də bəzi məqamları xatırlatmaqda, mühüm detallara bir daha toxunmaqda fayda var.

Bilindiyi kimi, ağdamlılar “qırmızı-ağlar”ın meydanından 0:1 hesablı məğlubiyyətlə ayrıldığından Elmar Baxşıyevin komandası finalçı adına namizədlər siyahısından erkən silinməmişdi. Hətta bu komandanın cavab oyununda üstünlüyü qoruyacağını düşünənlər də var idi.

Bəs nə baş verdi? Təbii ki, bu sual ətrafında baş sındıran xeyli azarkeş ola bilər. Lakin bu barədə danışarkən çox vaxt itirməyə dəyməz. Bəli, Muxtar Respublika təmsilçisi ilk qolun vurulduğu ana, yəni 65-ci dəqiqədə qədər hər baxımdan yaxşı oyun sərgilədi. Həm hücum, həm də müdafiə xəttində tutarlı çıxış etməkdən çəkinməyən qonaqlar bəlkə də yalnız bir qolla matçın taleyini öz xeyrinə dəyişə bilərdi. Lakin Qurban Qurbanovun start heyətində yer verdiyi və sonradan meydana buraxdığı futbolçular özünü yaxşı tərəfdən göstərdi.

Ümumiyyətlə, “Qarabağ”ın baş məşqçisinin ilk “11-lik”də şans verdiyi oyunçuların adı mənzərəni ətraflı izah edir. Görünür, Baxşıyevin hələ inkişaf etdirməkdə olduğu komandası “Qarabağ”ın finala uzanan yoluna daş qoymaq iqtidarında deyil. Ağdamlılar isə cəmi 12 dəqiqə ərzində vurduğu üç qolla nə premyer-liqada, nə də ölkə kubokunda rəqib tanımadığını, xüsusilə rəqibin ilk oyunda qazandığı üstünlüyün bir çox hallarda formal olduğunu sübut etdi.

Təbii ki, “Araz-Naxçıvan”a yuxarıdan aşağı baxmaq haqqımız yoxdu. Onsuz da “qırmızı-ağlar” 1/4 finalda “Zirə” ilə oyunlarda müəyyən səviyyəyə çatdığını ortaya qoymuşdu. İş ondadı ki, “qartallar”ı mübarizədən kənarlaşdırmaq “Qarabağ”a “diş göstərmək” həddinə çatmaq deyil. Bunun üçün fors-major hal lazım idi ki, naxçıvanlıların bəxti gətirmədi. Elə “Neftçi”nin də. Bəli, “ağ-qaralar” mövsüm ərzində bəzi hallarda “Sabah”dan daha üstün görünüb. Lakin komanda qeyri-sabitlikdən yaxa qurtara bilmir ki, bilmir.

Etiraf edək ki, Samir Abasovun komandası Masazırda ilk yarıda göstərdiyi oyunda evdə ortaya qoysaydı, indi “Neftçi” haqda başqa cür danışardıq. Sadəcə, bakılılar ötən mövsüm olduğu kimi, bu dəfə də əsas işi son ana saxladı və yenə eyni aqibətlə üzləşdi. Bəs “ağ-qaralar” finala yüksəlsəydi, “köhlən atlar”ın öhdəsindən gəlməkdə çox ciddi problemlərlə üzləşməyəcəkdi? Şübhəsiz! Bəli, bəlkə də xeyirlisi bu idi. Lakin belə düşüncəni əsla stajlı “Neftçi” azarkeşlərinə yaraşdırmaq olmur. Yumşaq dildə desək, “ağ-qaralar” bu “futbol ili”ndə də avrokuboklara nə yollanmağa hazır idi, nə də qadir.

Bəli, varlıq içində yoxluq yaşayan komandanın durumu üzücü görünür. Və Samir Abasov real vəziyyəti “qədər” kimi qiymətləndirməyə davam etdikcə, xaosdan qurtulmaq mümkün olmayacaq. “Sabah” isə istənilən halda futbolçularına təşəkkür etməlidi. Başda Stas Pokatilov və Cesse Sekidika olmaqla! Masazır təmsilçisi məhz oyunçularının keyfiyyəti və fərdi ustalığı sayəsində mərhələ adladı. Heç kim tarixdə ilk dəfə qazanılan uğurun memarının məhz Vasili Berezutski olduğunu isbat edə bilməz!

Beləliklə, avrokuboklara 4 vəsiqəyə 5 iddiaçı qaldı. “Qarabağ” və “Zirə” ilə bağlı məsələ aydındı, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah”dan biri sıradan çıxmalıdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

23-04-2025, 16:0

Nə Arif Əsədov “Neftçi”ni favorit sayır, nə də Vaqif Heydərli – final cütü ilə bağlı proqnozlar

Aktual / Ölkə futbolu

5-11-2024, 20:0

“Neftçi”nin futbolçususansa, keçilməməlisən” – Aslan Kərimov “ağ-qaralar”ın problemini açıqladı

Premyer-liqa

28-11-2023, 19:0

"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ

Aktual / Ölkə futbolu

21-03-2024, 11:0

"Araz-Naxçıvan"ın 4-cü dövrə üçün planları nədi? - Azər Bağırov açıqladı

Aktual / Ölkə futbolu

30-11-2024, 10:0

"Qarabağ"dan başqa bütün komandalar, demək olar ki, eyni səviyyədədi, vəssalam!" - bəs "Araz-Naxçıvan"?

Ölkə kuboku / Manşet

9-02-2024, 20:0

“Qəbələ” və “Neftçi” yarımfinalda - YENİLƏNİB

Aktual
“...2-ci hissədə Nərimanın yerinə girib oynayırsan” - “Qarabağ” azarkeşlərindən kluba etiraz
“Əsas heyətlə çıxsaydılar, nə olacaqdı?” - Şahin Diniyev
“Futboldan yox, beynim yorulub” – istefaya göndərildi, belə dedi
“Əlavə vaxtda qırmızı alsaq da, iki qol vurub, 3:1 hesablı qələbə qazandıq” – ağır qələbənin şərhi
“Qaradağ Lökbatan”ın tarixi uğuruna hakim mane olub? – “aşağı liqa klubundan sürpriz nəticə gözlənilirsə...”
“İnşallah, noyabrın 2-də bütün futbol ictimaiyyəti görəcək” – nəyi?
Son xəbərlər
  • Bu gün, 21:15
    Neymar A seriyasında oynayacaq?
  • Bu gün, 20:54
    "Neftçi" "Kəpəz"lə oyunun hazırlığını başa vurdu
  • Bu gün, 20:26
    Baş məşqçilər De Blekereyə və hakimlərə qarşı – xaosa kim mane olacaq?
  • Bu gün, 20:15
    “Abubakara qarşı oynamaq futbolçularım üçün motivasiya olacaq” – Qurban Qurbanov
  • Bu gün, 19:34
    “Qarabağ”a qarşı belə oynamaq bizim üçün uğurdu” - Jorj Kaşkilya
  • Bu gün, 18:59
    "Qarabağ" "İmişli"ni məğlub etdi - YENİLƏNİB
  • Bu gün, 18:23
    "İmişli"nin texniki məğlubiyyətlə bağlı şikayəti işə yaramadı
  • Bu gün, 17:52
    Kamal Umudlu "Napoli”nin oyununda
  • Bu gün, 17:31
    Asiyada qalmağa üstünlük verdi
  • Bu gün, 17:10
    Kasilyasın evi qarət olunub
  • Bu gün, 16:59
    “Qarabağ”a qarşı oynaya bilməyəcək
  • Bu gün, 16:28
    Messi növbəti mükafatını aldı
  • Bu gün, 15:57
    "Qarabağ" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 15:36
    Tudorun yerini kim tutacaq?
  • Bu gün, 15:15
    Qəbələdə kütləvi futbol festivalı keçirildi
  • Bu gün, 14:54
    "Qarabağ" - "Çelsi" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 14:33
    “Barsa”nın ABŞ-dəki oyunu ləğv olundu - gerçək səbəb nədi?
  • Bu gün, 14:12
    Messi daha üç il oynayacaq - onun da hədəfi 1000 qoldu?
  • Bu gün, 13:51
    “Qalatasaray” “Puma” ilə müqavilənin şərtlərini yenilədi
  • Bu gün, 13:30
    Dünya rekordçusu cəzalandı
  • Bu gün, 13:09
    Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı başlayır
  • Bu gün, 12:58
    Top 97 saniyə havada qaldı!
  • Bu gün, 12:57
    Norresdən fəlsəfi açıqlama
  • Bu gün, 12:26
    “...2-ci hissədə Nərimanın yerinə girib oynayırsan” - “Qarabağ” azarkeşlərindən kluba etiraz
  • Bu gün, 11:55
    “Əsas heyətlə çıxsaydılar, nə olacaqdı?” - Şahin Diniyev
  • Bu gün, 11:34
    Mərc oynamaqda günahlandırılan türkiyəli FİFA hakimi prokurorluğa gəlib şikayət etdi!
  • Bu gün, 11:13
    Ovusu üçün əlamətdar kubok oyunu
  • Bu gün, 10:52
    Millimiz Banqladeşdə turnirə qatılacaq
  • Bu gün, 10:31
    AFFA-dan Ülvi ilə bağlı son dəqiqə açıqlaması - "izdivac" niyə alınmadı?
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan" Lüksemburq klubu ilə heç-heçə etdi
  • Bu gün, 01:00
    Abubakar “qazlı” gəlib... Ancaq “Forza”da “neft” yoxdu! – REPLİKA
  • Dünən, 23:53
    “Futboldan yox, beynim yorulub” – istefaya göndərildi, belə dedi
  • Dünən, 23:02
    Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - AÇ
  • Dünən, 22:29
    ''Fənərbaxça''da heyətdən kənarlaşdırılan futbolçularla bağlı yeni qərar
  • Dünən, 22:23
    Komandamız Aktauda birinci yeri tutdu
Daha çox
Oxunub: 2 334
"Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!
Oxunub: 283
Mahir Emreli 1-ci bundesliqa klubu ilə anlaşıb! – axı niyə...
Oxunub: 186
Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
Oxunub: 137
Oşa yollanacaq Ülvidən Bakıya mesaj: “Əlvida, Azərbaycan yığması!”
Oxunub: 135
Qurban Qurbanov 365 gündə nəyi dəyişib?
Oxunub: 134
Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə