• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Yunayted” premyer-liqada yerini qorudu (!) - İCMAL

Dünya futbolu

25-04-2025, 15:0

Premyer-liqada əksər iddialı komandalar hansısa hədəfə can atır. Məsələn, hesabat turunda nəhənglərdən “Liverpul”, “Arsenal”, MS və “Çelsi” növbəti qələbəsini qazandı. Belə görünür ki, MY-nin artıq çempionatla bağlı heç bir hədəfi yoxdu. “Qırmızı şeytanlar” gözünü Avropa Liqasına dikib ki, həmin turnirin qalibi kimi Çempionlar Liqasına yollana bilsinlər.

Lider “Liverpul”un növbəti çempionluğu zaman məsələdi. Düzdü, “qırmızılar” bu dəfə “təvazökar” qələbə ilə kifayətləndi. Aleksander-Arnold zədəsini sağaldıb heyətə dönən kimi fərqləndi. Özü də bu qol “Lester”i son üç mövsümdə 2-ci dəfə çempionşipə göndərdi. “Tülkülər” ilk yarıda rəqibə dəfələrlə həyəcan yaşatdı, Alissonun qapısı önündə göründü. Ancaq 76-cı dəqiqədə qələbə topunu vuran favorit 20-ci çempionluğa doğru daha bir addım atdı. Salahın oyunu alınmadı, elə Jota da onun kimi. Bu ulduzların əvəzinə səhnəyə Trent çıxdı. Autsayderi də tərifləmək lazımdı. Van Nistelroy komandanı oyuna yaxşı hazırlamışdı.

“Arsenal” “İpsviç”i darmadağın etməklə “Liverpul”un çempionluq təntənəsini bir neçə günlüyə təxirə saldı. “İpsviç” səfərdə göstərdiyi oyunun yarısını evdə göstərsəydi, onda mütləq elitada yerini qoruyardı. Amma... Evdə ardıcıl 7-ci məğlubiyyət “traktorçular”ı aşağı dəstəyə bir addım da yaxınlaşdırdı. Maraqlıdı ki, Arteta rəqibin turnir cədvəlindəki mövqeyinə əhəmiyyət vermədən meydana bütün əsas oyunçularını buraxmışdı. Hələ ilk yarıda Trossar və Martinellinin qolları ilə irəli çıxan “topçular” əslində daha çox fərqlənə bilərdi. “İpsviç”in darmadağın olmasında Sakaya qarşı “sürüşmə” fəndini hədsiz kobud yerinə yetirən Devisin 32-ci dəqiqədə meydandan qovulmasının da rolu böyükdü. Yaxşı ki Saka mövsümün həlledici oyunları ərəfəsində ağır zədədən qaça bildi. Darmadağın isə fasilədən sonra reallaşdı. Əvvəlcə “Arsenal”ın belçikalı forvardı dublu rəsmiləşdirdi, 4-cü qolu sonradan meydana çıxan Nvaneri vurdu. “İpsviç”in çempionşipə yuvarlanması artıq gələn tur reallaşa bilər.

Devid Moyes “sükan arxasına” keçəndən sonra “həyata qayıdan” “Everton” “Mançester Siti”ni qəbul etdi. Qonaqlar oyunun əksər bölümünü hücumda keçirsə də, Pikfordun qapısı önündə təhlükəli vəziyyət yaratmaq mümkün olmurdu. Yalnız Nunyeşin zərbəsi yadda qaldı. “Göylər” də yarım saatın tamamında hesabı aça bilərdi: Tarkovskinin zərbəsi dirəkdən döndü. 2-ci hissənin əvvəlində “Everton” iki dəfə qola yaxın oldu. “Şəhərlilər” sona yaxın təzyiqi bir qədər də artırdı. Qvardiola Dokyu ilə Kovaçiçi eyni anda meydana buraxmaqla bu işə töhfə verdi. Nəhayət, 85-ci dəqiqədə Nunyeşin asmasından sonra О’Rayli qonaqları irəli çıxardı, sonradan oyuna qoşulan Kovaçiç isə fərqi artırdı.

“Çelsi” də səfərdə, özü də əzmkar qələbə qazandı. Amma “Fulhem”lə paytaxt derbisi Mareskanın komandası üçün asan keçmədi. Pereyranın erkən qolu ofsayd üzündən qeydə alınmasa da, İvobi 20-ci dəqiqədə qaydalar çərçivəsində fərqləndi. Ehtiyat oyunçular skamyasının genişliyi ilə öyünən “Çelsi” fasilədən sonra oyunun axarını dəyişməyi bacardı. Oyuna yaxşı qoşulan Sanço hesabına qol və ya məhsuldar ötürmə yaza bilməsə də, Corc oyunun sürpriz qəhrəmanı oldu. O, sona 7 dəqiqə qalmış hesabı bərabərləşdirə bildi. Uzatma dəqiqələrində isə Neto “bağbanlar”ı növbəti dəfə cəzalandırdı. 1-ci dövrədəki oyunda “Çelsi” məhz sonda iki qol buraxmaqla “Fulhem”ə uduzmuşdusa, bu dəfə tarix tərsinə təkrarlandı. “Çelsi” premyer-liqada dekabrın əvvəlindən bəri ilk səfər qələbəsini qazandı.

MY hər dəfə azarkeşlərini təəccübləndirmək üçün əsas tapır. “Old Trafford”a son 5 çempionat oyununda uduzmayan “Vulverhempton” təşrif buyurmuşdu. MY bu oyuna qədər 3 xal öndə olduğu “canavarlar”a da uduzdu. Sanki “qırmızı şeytanlar” bu mövsüm bütün antirekordları yeniləmək kursu götürüb... Meydan sahibləri oyunboyu topa və hadisələrin axarına nəzarət etdi, ancaq təhlükəli hücumlar qura bilmədi. Qonaqlar 2-ci hissədə hücumların sayını bir qədər artırdı. 77-ci dəqiqəyə təsadüf edən standart vəziyyət onların hesabı açmasıyla nəticələndi. MY isə çoxlu cərimə və künc zərbəsi yerinə yetirsə də, bunlardan heç bir fayda götürmədi. Hər halda, MY azarkeşləri bu komandanın növbəti mövsüm üçün də elitada yerini təmin etməsi (!) ilə arxayınlıq tapa bilər.

Turun qalan oyunlarına gəlincə, “Nyukasl”ı darmadağın edən “Aston Villa” ÇL-ə vəsiqəyə iddiasını davam etdirdi. Ortabablardan “Brentford”la “Brayton”un duelində 6 qol vuruldu, meydan sahibləri qalib gəldi. “Vest Hem” – “Sauthempton” oyununda məhsuldar, “Kristal Pelas” – “Bornmut” oyununda isə qolsuz heç-heçə qeydə alındı. Dünən axşam keçirilən son oyunda “Tottenhem” evdə “Nottingem Forest”ə uduzdu.

33-cü tur
Lester – Liverpul 0:1

Aleksander-Arnold, 76. (31120)
Liverpul: Alisson, Bredli (Aleksaner-Arnold, 71), Konate, Van Diyk, Simikas, Qravenberx, Makallister, Salah, Soboslai (Elliott, 71), Dias (Cons, 90+4), Qakpo (Jota, 60).

İpsviç – Arsenal 0:4
Trossar, 14; 69. Martinelli, 28. Nvaneri, 88. (29549)
Arsenal: Rayya, Uayt, Saliba, Kivyor, Zinçenko, Edeqor, Rays (Tirni, 73), Merino (Lüis-Skelli, 57), Saka (Nvaneri, 57), Trossar (Batler-Oyedeci, 83), Martinelli (Sterlinq, 73).

Everton – Mançester Siti 0:2
O’Rayli, 85. Kovaçiç, 90. (39332)
MS: Orteqa, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, Gündoğan, Niko (Kovaçiç, 78), B.Silva, De Bruyne (Akanci, 88), Savinyo (Dokyu, 78), Marmuş.

Fulhem – Çelsi 1:2
İvobi, 20 – Corc, 83. Neto, 90+3. (27712)
Çelsi: Sançes, Ceyms (Hüsto, 46/Adarabioyo, 89), Çaloba, Koluill, Kukurelya, Fernandes, Kaysedo, Madueke (Sanço, 46), Palmer, Neto, Cekson (Corc, 78).

Mançester Yunayted – Vulverhempton 0:1
Sarabiya, 77. (73819)
MY: Onana, Fredrikson, Lindelöf (Yoro, 79), Mazraui, Dorqu (Dalot, 59), Eriksen, Uqarte (Fernandeş, 59), Amass, Qarnaço, Maynu (Maunt, 59), Heylunn (Obi-Martin, 70).

Aston Villa – Nyukasl 4:1
Uotkins, 1. Maatsen, 64. Bern, 73-öz qapısına. Onana, 75 – Şer, 18. (42618)

Vest Hem – Sauthempton 1:1
Bouen, 47 – Uqoçukvu, 90+3. (62461)

Brentford – Brayton 4:2
Mbemo, 9; 48. Vissa, 58. Nerqor, 90+5 – Uelbek, 45+4. Mitoma, 81. (17083)

Kristal Pelas – Bornmut 0:0
(25185)

Tottenhem – Nottingem Forest 1:2
Rişarlison, 87 – Anderson, 5. Vud, 16.

29-cu turdan təxirə salınan oyun
Nyukasl – Kristal Pelas 5:0

Merfi, 14. Qehi, 38-öz qapısına. Barns, 45+2. Şer, 45+8. İsak, 58. (52197)

1. Liverpul 33 24 7 2 75-31 79
2. Arsenal 33 18 12 3 61-27 66
3. Nottingem F. 33 18 6 9 53-39 60
4. Nyukasl 33 18 5 10 62-44 59
5. Mançester S. 33 17 7 9 64-42 58
6. Çelsi 33 16 9 8 58-40 57
7. Aston Villa 33 16 9 8 53-47 57
8. Bornmut 33 13 10 10 52-40 49
9. Fulhem 33 13 9 11 48-45 48
10. Brayton 33 12 12 9 53-53 48
11. Brentford 33 13 7 13 56-50 46
12. Kristal Pelas 33 11 11 11 41-45 44
13. Everton 33 8 14 11 34-40 38
14. Mançester Y. 33 10 8 15 38-46 38
15. Vulverhempton 33 11 5 17 48-61 38
16. Tottenhem 33 11 4 18 61-51 37
17. Vest Hem 33 9 9 15 37-55 36
18. İpsviç 33 4 9 20 33-71 21
19. Lester 33 4 6 23 27-73 18
20. Sauthempton 33 2 5 26 24-78 11

Bombardirlər: Salah (Liverpul) - 27, Holann (MS) - 21, İsak (Nyukasl) – 20, Vud (Nottingem Forest) - 19, Mbemo (Brentford) – 18.

Növbəti turun oyunları aprelin 22-si – mayın 1-i aralığında keçiriləcək:
Mançester Siti – Aston Villa, Arsenal – Kristal Pelas, Çelsi – Everton, Brayton – Vest Hem, Nyukasl – İpsviç, Sauhempton – Fulhem, Vulverhempton – Lester, Bornmut – Mançester Yunayted, Liverpul – Tottenhem, Nottingem Forest – Brentford.

Turun rəqəmi
116 – MY Aleks Ferqyuson baş məşqçi postundan gedəndən sonra məhz bu qədər oyunda uduzub. Şotlandiyalı mütəxəssis 2013-də gedib və mankunianlar həmin vaxtdan bəri premyer-liqada 451 oyun keçirib. Amma 1986-cı ildən komandanı çalışdırmağa başlayan Ferquson 1992/93 mövsümündə əsası qoyulan premyer-liqada keçirdiyi 810 oyunun yalnız 114-də uduzmuşdu.

Turun ulduzu
Tayrik Corc (Çelsi) – klub akademiyasının yetirməsi apreldə parladı. 19 yaşlı futbolçu bir müddət əvvəl “Legiya” ilə oyunda qələbə topunu vurmuşdu. Qərbi London derbisində isə premyer-liqada da qol hesabını açdı.

Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Bu, böyük qələbədi. Ağılla hərəkət etməliydik. Xüsusən də zədələr üzündən ağır dönəmlərimiz olub. Ancaq daha sabitlik yaxalamışıq. İndi hər şey öz əlimizdədi”.


Faktlar
* Bruno Fernandeş 2022-nin yanvarından bəri ilk dəfə premyer-liqa oyununda MY-nin start heyətində yer almadı.
* MY 1979/80 mövsümündən bəri ilk dəfə “Vulverhempton”la oyunların heç birində xal qazana bilmədi. İlk dövrədəki oyun da “canavarlar”ın qələbəsi (2:0) ilə bitmişdi.
* MY tarixində ilk dəfə premyer-liqada (1992/93 mövsümdə yaradılıb – red.) bir mövsümün 15 oyununda uduzdu. Komanda premyer-liqa tarixindəki ən pis mövsümünü yaşayır.
* MY cari mövsümdə artıq 8 ev oyununda uduzub. Bu isə 9 məğlubiyyətin qeydə alındığı 1962/63 mövsümündən bəri ən pis nəticədi.
* “Lester” premyer-liqa tarixinə ardıcıl 9 ev oyununda qol vurmadan uduzan ilk komanda kimi düşdü. “Tülkülər” “Sauthempton”un 1976/77 mövsümündən bəri yaşayan antirekordunu yenilədi.

Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bu oyundan çox razıyam, xüsusən də bərabər heyətlərlə oynadığımız zaman kəsiyindən. İlk 35 dəqiqədə möhtəşəm oynadıq, daha çox qol vura bilərdik. “Qırmızı”dan sonra oyun dəyişdi. Rotasiyaya əl atdım, oyunçulara dincəlmək imkanı yaratdım. Bugünkü oyunla bağlı müsbət məqam çoxdu”.

Ruben Amorim, MY-nin baş məşqçisi:
“Oyunun məzmununa baxsaq, biz rəqibdən yaxşıydıq, ancaq indi bunun heç bir əhəmiyyəti yoxdu. Qol vurmursansa, heç nəyin əhəmiyyəti qalmır. Əsas olan nəticədi, xüsusən də belə məqamlarda. Şansımız çox idi, topa nəzarət, meydanda istədiyimizi edirdik. Bir standart vəziyyət hər şeyi dəyişdi. Bu şəkildə uduzmaq heç xoş deyil”.

Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Ağır oyun oldu, ancaq qol imkanlarından yararlana bilmirsizsə, bunu gözləməyə dəyərdi. Düşünürəm ki, ilk 5 dəqiqədə iki əla vəziyyət yaratdıq. Mən burda olduğum dövrdə belə oyunumuz yadıma gəlmir: çoxlu qol vəziyyəti yaradır, yararlana bilmirdik. Nəticədə standart vəziyyət işə yaradı. Yaxşı ki Trent fərqlənməyi bacardı”.

Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Bu gün qələbə qazanmaq çox vacib idi. Birincisi, bu, derbi idi. İkincisi, qələbə bizə Çempionlar Liqasına düşmək şansı verəcək. Bəlkə də mövsümdə ən çətin qələbəmizi qazandıq. Düşünürəm ki, buraxılan qol daha çox çalışmağımıza səbəb oldu. Oyunçular durumun vacibliyi anladı. İkinci hissədə qat-qat yaxşı oynadıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-02-2023, 11:0

“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun qalibi oldu

Dünya futbolu

12-02-2024, 13:0

Premyer-liqanın tarixinə düşdü

Dünya futbolu

18-04-2025, 12:0

“Liverpul” çempionluğa doğru növbəti addımı atdı - İCMAL

Dünya futbolu

28-02-2025, 12:0

“Liverpul” xal itirdi, Salah yenə fərqləndi - İCMAL

Dünya futbolu

30-09-2024, 17:0

Nəhənglər üçün asan gəzinti - ŞƏRH

Dünya futbolu

10-08-2022, 14:0

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
“İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
“Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
“O arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır” – PFL qəti qərarını verdi
Leandro Andrade bir aya yeni dil öyrənəcək - Azərbaycanı heç yada da salmadı!
Son xəbərlər
  • Bu gün, 19:22
    “Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
  • Bu gün, 18:58
    Naqelsmann istefa verəcək?
  • Bu gün, 18:27
    "Ümid edirəm ki, bu, vida deyil, tezliklə görüşənədək" - Kaşkilya
  • Bu gün, 18:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:58
    "Şəfa" legioner transfer etdi
  • Bu gün, 17:42
    PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı
  • Bu gün, 17:36
    Millimizin oyunu Gəncədə - RƏSMİ
  • Bu gün, 17:28
    “Mahir üçün sərfəli təklif olsa, danışıq aparmağa hazırıq” – “Kayzerslautern”in idman direktoru
  • Bu gün, 16:57
    "Qarabağ" Ukrayna klubuna böyük hesabla uduzdu
  • Bu gün, 16:37
    “İstəyərdik ki, Kaşkilya qalsın” – “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
  • Bu gün, 16:06
    Milli komandada ciddi itki
  • Bu gün, 15:42
    "Qarabağ"la "Zirə"nin bilet satışı niyə başlamır? - rəqib azarkeşlərin sayı da bilinmir
  • Bu gün, 15:28
    “Sabah”da daha iki yeni futbolçu – Dambrauskas onları da Tirola aparıb
  • Bu gün, 14:57
    Neymar venesuelalılara yardım etdi
  • Bu gün, 14:26
    “Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
  • Bu gün, 14:00
    “Partizani”dən “Malişevo”ya keçdi: irəli, yoxsa geri addım?
  • Bu gün, 13:56
    5 klub mövsümə xaricdə hazırlaşır. Bəs başqaları?
  • Bu gün, 13:25
    İlk oyunda moldovalı, ikincidə çex
  • Bu gün, 13:01
    Altı legioner gəlib, yeddinci yoldadı!
  • Bu gün, 12:58
    "Qarabağ" bu gün Avstriyada iki oyun keçirəcək
  • Bu gün, 12:29
    Emin Cəfərov Konfrans Liqasının oyununa təyinat aldı
  • Bu gün, 12:08
    Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
  • Bu gün, 11:56
    "Zirə" üçüncü yoxlama oyununa çıxır
  • Bu gün, 11:35
    PSJ-də yeni qapıçı
  • Bu gün, 11:14
    Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
  • Bu gün, 10:50
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 10:19
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 09:14
    Fransa və Meksika da 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:54
    "Səbail" sabiq futbolçusunu qaytardı - RƏSMİ
  • Bu gün, 01:24
    Sadiq Məmmədov "gümüş" qazandı - AÇ
  • Bu gün, 00:58
    Topu özü ilə apardı
  • Bu gün, 00:27
    "Neftçi"dən rekord: 7837 məhsul satıldı!
  • Bu gün, 00:02
    “Real”ı tərk etdi
  • Dünən, 23:32
    Sentyabrın 1-də 2-ci, 3-də 1-ci liqada yeni mövsüm başlayacaq
  • Dünən, 23:15
    "Zirə" Türkiyə klubuna məğlub oldu
Daha çox
Oxunub: 449
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 290
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 199
Varqas nağılı başa çatır! – belə şey olar?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə