“Nəriman bundesliqa klubunu seçəcək” – Tural Əsgərov

16.04.2025 01:07 615
Aktual / Ölkə futbolu
Martın sonunda “Qarabağ”ın gənc hücumçusu Nəriman Axundzadə “Molde”yə keçməyə çox yaxın oldu. Sadəcə, bu ölkədə “transfer pəncərəsi” martın 27-də bağlandı, bütün detalları vaxtında razılaşdırmaq alınmadı. Bununla belə, Nərimanın hələ də “Molde”nin maraq dairəsində olduğu bəllidi.

Bəs klub marağını hansısa şəkildə ifadə edirmi? “Molde” son iki həftədə Axundzadə, onun meneceri Tural Əsgərov və ya “Qarabağ” ilə əlaqə saxlayıbmı?

“Football-plus.az” məsələ ilə bağlı Tural Əsgərova müraciət edib:
“Sualla cavab verməyim mümkün olmayacaq. Bu “Qarabağ”la “Molde” arasında olan məsələdi. Mənim xəbərim yoxdu. Klublar arasında danışıq olanda mənə hesabat vermirlər. Amma nə mənə, nə də Nərimana bu barədə heç nə deyilməyib. Ola bilər ki, yayda yenidən bizlə danışıq olsun. Norveçin hansısa kiçik klubundan təklif gəlsə, prioritet “Molde” olacaq. Bundesliqadan təklif gəlsə, əlbəttə, bundesliqa klubunu seçəcək”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul