“Detallara varmaq tezdi” - Tahir Süleymanov AFFA rəsmiləri ilə görüşəcək

14.04.2025 14:22 61
Ölkə futbolu / Aktual
AFFA İcraiyyə Komitəsinin aprelin 11-də keçirilən iclasında Tahir Süleymanovun təklifləri də müzakirə olunub.

“Football-plus.az” bununla bağlı daha geniş bilgi almaq üçün Tahir bəyə müraciət edib.
“AFFA İcraiyyə Komitəsinin qərarı ilə bağlı, yəqin ki, çox keçmədən federasiyanın səlahiyyətli rəsmiləri ilə görüşümüz olacaq. İllərdi medianın, azarkeşlərin, az sayda futbol mütəxəssisinin davamlı qaldırdıqları məsələlər, nəhayət, hesabat konfransında etiraf edildi, bəhanələr gətirilmədən problemlərin yetərincə olması yüksək tribunadan açıq şəkildə bildirildi. Qaldırdığım məsələlər çoxşaxəlidi. AFFA Nizamnaməsi, İnkişaf Strategiyası, ümumilikdə ölkə futbolunun dirçəlməsi yolunda atıla biləcək önəmli addımlardı. Detallara varmaq tezdi, görüşlərimizdən və buna uyğun qəbul edilə biləcək qərarlardan sonra ətraflı münasibət bildirərik, yenidən məsələyə qayıdarıq”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul