Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban Rumıniya çempionatında final seriyasının 2-ci matçının ən yaxşı oyunçusu - MVP seçilib.
Onun şərəfini qoruduğu "Alba" "Voluntari"dən ilk oyundakı məğlubiyyətin (2:3) əvəzini çıxa bilib. “Alba” 3:1 hesabıyla qalib gəlib, Ruban isə 26 xal toplamaqla yüksək məhsuldarlıq nümayiş etdirib.
Final seriyasında hesab bərabərdi - 1:1.