Elvin Camalov “Sabah”dan üzr istəyəcəkmi?

10.04.2025 16:00 40
Ölkə futbolu / Aktual
“Sabah”ın məlum bəyanatında diqqəti çəkən məqamlardan biri də klubun “Neftçi”nin futbolçusu Elvin Camalovdan üzr tələb etməsidi.

Masazır təmsilçisinin iddiasına görə, sabiq kapitanı davranışı üzündən üzr istəməsi üçün qarşı tərəfə yetərincə vaxt verilib. Bəs, futbolçunun üzr istəmək niyyəti varmı? Gün ərzində məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilən oyunçu hansı məqamlara toxunmaq niyyətindədi?

“Football-plus.az” xəbər verir ki, Elvin Camalov özünü bu məsələdə haqlı görür. O, hansısa qayda pozuntusuna yol verdiyini düşünmür. Bu səbəbdən üzr istəmək niyyəti də yoxdu. Əksinə, “Sabah”ın haqsız olduğunu düşünür. Deməli, Elvinin məsələyə necə aydınlıq gətirəcəyini səbrsizliklə gözləməyə dəyər!

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul