Bilindiyi kimi, premyer-liqanın 10-cu turunun oyununda bu gün “Zirə” “Sabah”ı qəbul edəcək. “Sabah”ın kapitanı Elvin Camalov zədələndiyi üçün millinin oktyabr toplanışında iştirak edə bilməmişdi.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, Camalov bu gün “Zirə” ilə oyunda da komandasına kömək edə bilməyəcək. Adı iştirak ərizəsinə salınmayacaq 28 yaşlı futbolçu matçı kənardan izləyəcək.
Xatırladaq ki, oyun saat 17.30-da başlayacaq.
RÖYANƏ OĞUZ