AFFA İntizam Komitəsi "Sabah"ı 4000 manat cərimələyib.
"Football-plus.az" xəbər verir ki, buna komandanın məşqçisi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub. Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib. "Neftçi" isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb.
"Araz- Naxçıvan" klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.