Türkiyə yığmasında hansı dəyişikliklər edildi?

22.03.2025 13:22 16
Dünya futbolu
Millətlər Liqasında A Liqasına yüksəlmək uğrunda ilk pley-off matçında Macarıstanı evdə 3:1 məğlub edən və cavab oyununa hazırlaşan Türkiyə yığmasının heyətində müəyyən dəyişikliklər edilib.

''Football-plus.az'' az xəbər verir ki, zədə üzündən iki futbolçu - ''Beşiktaş''lı qapıçı Mərt Günok ilə ''Qalatasaray''ın vingeri Yunus Akgün yığmanın düşərgəsini tərk edib. Onlar öz klublarının düşərgələrinə qayıdıblar.

Hər iki futbolçu macarlara qarşı ilk oyunu buraxmışdı. Əvəzində Vinçentso Montellanın qərarı ilə ''Palermo''lu Rayyan Baniya yığmaya dəvət alıb. Yarı italyan, yarı türk olan 26 yaşlı müdafiəçi daha öncə Türkiyədə ''Fatih Karagümrük'' və ''Trabzonspor''un şərəfini qoruyub. Ötən yay Türkiyədən ayrılaraq ''Palermo''ya yollanan Baniya bu mövsüm 23 rəsmi oyunda iştirak edərək 2 qol vurub. Baniya 2023-də artıq Türkiyə yığmasına dəvət olunmuşdu. Amma o, hələ ki, ''ay-ulduzlular''ın heyətində debüt etməyib.

Qeyd edək ki, Macarıstana qarşı ilk oyunu cəza üzündən buraxmalı olan Arda Gülər ilə Merih Dəmiral bu dəfə Montellanın ixtiyarında olacaq. Amma əvəzində ilk görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Orkun Kökçü qarşıdakı oyunu buraxmalı olacaq.

Sonda onu da bildirək ki, martın 23-də Budapeştdə keçiriləcək cavab matçını almaniyalı Feliks Svayer idarə edəcək. Bu ədalət təmsilçisi indiyə qədər bir dəfə Türkiyə yığmasının oyununda fit sahibi olub. Onun idarəçiliyi altında qardaş ölkənin komandası AÇ-2024-ün qrup mərhələsində Portuqaliyaya 0:3 məğlub olmuşdu.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul