• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bundesliqanın tarixinə düşən sensasiyalar turu - ŞƏRH

Dünya futbolu

14-03-2025, 14:0

Turun açılış oyununda Münhenqladbaxı fəth edən “Maynts-05” yüksəlişini davam etdirdi. “Karnavalçılar” ardıcıl 4-cü qələbə sayəsində 3-cü pilləyə yüksəldilər.

Şənbə gününü isə “sensasiyalar günü” adlandırmaq daha düzgün olar. “Bavariya” üçün ilk baxışdan “Bohum”la oyun asan gəzintiyə və bayrama çevrilməliydi. Çünki klubun 125 illik yubileyinə görə stadionda xüsusui ab-hava var idi. Elə komanda özü də bu oyuna xüsusi forma ilə çıxmışdı. Matçın əvvəllərində Gerreyro iki dəfə fərqləndi. Bu iki qolun arasında Qnabri penaltini boşa verdi.

Düşünmək olardı ki, hər şey yenə “Bavariya”nın sevimli hesabına – 7:0-a doğru gedir. Son iki mövsümün hər birində “rekordmayster” bu rəqibi bu hesabla yenməyi bacarmışdı. Amma ilk yarının sonlarına yaxın vəziyyət dəyişməyə başladı. Əvvəlcə Mediç fərqi minimuma endirdisə, fasilə ərəfəsində Palyinya sərt oyuna görə birbaşa qırmızı vərəqə aldı! Bu tura qədər səfərdə qələbəsi olmayan “Bohum” 2-ci hissədə daha iki qol vuraraq nəinki turun, hətta mövsümün ən böyük sürprizinə imza atdı. “Alyants Arena”dakı bayram ab-havası final fitindən sonra yerini matəmə verdi. Amma Münhen nəhəngi onsuz da inamla turnir cədvəlinə başçılıq edir və bu məğlubiyyət komandanın durumuna ciddi təsir göstərmədi. Özü də nəzərə alaq ki, “Bayer-04” bu “hədiyyədən” yararlana bilmədi. Görünür, komanda hələ də ÇL-də “Bavariya”ya ağır məğlubiyyətdən sonra özünə gələ bilməyib. Çünki sınıq-salxaq vəziyyətdə olan və son 5 rəsmi oyunun hamısında uduzan “Verder”lə ev matçında qeydə alınan 0:2 hesablı məğlubiyyətə başqa məntiqli izah tapmaq çətindi.

Ötən mövsüm leverkuzenlilər evdə məhz “musiqiçilər”i darmadağın edərək (5:0) çempionluğu rəsmiləşdirmişdi. Almaniya futbolunun digər nəhəngi “Borussiya” da “qonşularından geri qalmadı” - sürpriz şəkildə evdə “Auqsburq”a minimal hesabla boyun əydi. Ümumiyyətlə, bu tur ilk “10-luq”da qərarlaşanlar arasında “Maynts-05”dən başqa qalib gələn olmadı! “Frayburq”la “Leyptsiq” arasında baş tutan turun daha bir maraqlı oyununda qapılara qol vurulmadı. Favorit olub evdə uduzmaq ənənəsini bazar günü “Ayntraxt” da davam etdirdi. Ötən həftəiçi Amsterdamı fəth etdən Frankfurt təmsilçisi bu dəfə doğma meydanda iddiasız “Union”a uduzdu. Özü də fasiləyə öndə yollandığı bir qarşılaşmada! Marmuşun ayrılmasından sonra “Ayntraxt”ın əsas qol silahına çevrilən Ekitikenin əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən yararlana bilmədiyini də vurğulayaq.

25-ci tur
Bavariya – Bohum 2:3

Gerreyro, 14; 28 – Mediç, 31. Sissoko, 51. Bero, 70. (75000)
Bavariya: Urbiq, Boe (Laymer, 63), Stanişiç, Dayer, İto (Kimmix, 76), Qoretska, Palyinya, Sane (Olise, 63), Gerreyro, Qnabri (Musiala, 63), Müller (Keyn, 62).

Bayеr-04 – Verder 0:2
Şmid, 7. Ncinma, 90+4. (30000)
Bayer-04: Qradetski, Artur (Frimponq, 65), Tapsoba (Mukiele, 46), Ta, Ermoso, Tella, Qarsiya, Caka (Palasios, 46), Adli, Buendia (Virts, 46). Şik.

Borussiya D – Auqsburq 0:1
Qaueleu, 23. (80000)
Borussiya: Kobel, Kouto (Bayer, 63), Əmrə Can, Şlotterbek, Bensebaini (Ryuyerson, 63), Salih Özcan, Qross (Zabitser, 75), Adeyemi (Anton, 90+2), Brandt, Gittens (Dyuranvill, 75), Girassi.

Frayburq – Lеyptsiq 0:0
(34700)
Leyptsiq: Qulaçi, Qeertruyda, V.Orban, Bitşiabu (Lukeba, 78), Raum, Kampl (Aydara, 46), Vermeeren (Zayvald, 56), Simons (Qomis, 88), Baku, Openda, Şeşko (Poulsen, 78).

Ayntraxt F – Union 1:2
Batşuayi, 13 – Kverfeld, 62. Con Vu Yon, 78. (58000)
Ayntraxt: Trapp, Kristensen, Kollins, Tuta, Braun, Höylunn, Larsson (Ebimbe, 79), Bahoya (Götse, 60), Can Uzun (Knauff, 79), Çaibi (Vahi, 71), Batşuayi (Ekitike, 60).

Holştayn – Ştutqart 2:2
Skribski, 30; 46 – Levelinq, 15. Demiroviç, 55. (15034)

Volfsburq – Sankt Pauli 1:1
Amura, 70-p. – Van der Heyden, 38. (28917)

Borussiya M – Maynts-05 1:3
Layner, 73 – Nebel, 39. Kor, 48. Əmiri, 77. (51749)

Hoffеnhaym – Haydenhaym 1:1
Tabakoviç, 34 – Zivzivadze, 65. (20814)

1. Bavariya 25 19 4 2 74-23 61
2. Bayer-04 25 15 8 2 55-30 53
3. Maynts-05 25 13 5 7 42-26 44
4. Ayntraxt F 25 12 6 7 51-39 42
5. Frayburq 25 12 5 8 34-36 41
6. Leyptsiq 25 10 9 6 39-33 39
7. Volfsburq 25 10 8 7 49-39 38
8. Ştutqart 25 10 7 8 44-39 37
9. Borussiya M 25 11 4 10 39-38 37
10. Borussiya D 25 10 5 10 45-39 35
11. Auqsburq 25 9 8 8 28-35 35
12. Verder 25 9 6 10 38-49 33
13. Hoffenhyaym 25 6 8 11 32-47 26
14. Union 25 7 5 13 22-38 26
15. Sankt Pauli 25 6 4 15 19-30 22
16. Bohum 25 5 5 15 26-49 20
17. Holştayn 25 4 5 16 37-61 17
18. Haydenhaym 25 4 4 17 28-51 17

Bombardirlər: Keyn (Bavariya) – 21, Şik (Bayer-04) – 16, Marmuş (Ayntraxt F) – 15, Burkardt (Maynts-05), Girassi (Borussiya D), Klayndinst (Borussiya M) – 14.

Turun rəqəmi
1 – bundesliqada iki turdu qeyri-adi nəticələr qeydə alınır. Ötən tur olduğu kimi, yenə meydan sahibləri qələbəyə həsrət qaldı! Buna qədər turnirin tarixində meydan sahiblərinin ardıcıl 2 turda qalib gələ bilməməsi faktına rast gəlinməmişdi. “Bavariya”, Dortmund “Borussiya”sı və “Bayer-04”ün eyni həftədə uduzması isə sonuncu dəfə 2006/07-nin 20-ci turunda baş vermişdi. Həmin vaxt “Bavariya” “Nürnberq”ə (0:3), “Borussiya” “Ştutqart”a (0:1), “Bayer-04” “Volfsburq”a (2:3) uduzmuşdu. 19 il öncə Münhen nəhəngi ilə leverkuzenlilərin rəqib meydanında məğlub olduğunu nəzərə alsaq, bu tur daha bir tarixi hadisə baş verdi. Bundesliqa tarixində ilk dəfə “Bavariya”, “Borussiya” və “Bayer-04” eyni turda evdə məğlub oldu!

Turun ulduzu
Stiven Skribski (Holştayn) – 32 yaşlı vinger bu tur dubl edən iki futbolçudan biridi. Gerreyronun dublunun “Bavariya”ya bir faydası dəymədiyindən üstünlüyü Skribskiyə veririk. Bu futbolçunun qolları qələbəyə kifayət etməsə də, xal qazanmaq üçün yetərli oldu. “Holştayn” üçün indi hər xal qızıla bərabərdi. Yeri gəlmişkən, Skribskinin sayəsində “Holştayn” – “Ştutqart” oyunu tarixə düşdü. Belə ki, bu futbolçu 2-ci hissnin startından cəmi 9 saniyə sonra fərqlənməyi bacardı. Turnirin tarixində yalnız bir dəfə - 2014-ün fevralında “Nürnberq”li Kiyotake Braunşveyq “Ayntraxt”ı ilə oyunda ikinci hissənin 9-cu saniyəsində fərqlənmişdi.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Rəqibi təbrik edirəm. Çox üzgünük. O epizodda qırmızı vərəqə almamaq da olardı. Amma hətta azlıqda da qalib gəlməliydik. Ən azı uduzmamaq olardı. Bəhanə axtarmağa çalışmırıq. Səhvlərimizi təhlil edəcəyik. Belə anlarda məsuliyyətdən qaçmamalı və uğursuzluğa düzgün reaksiya verməliyik. “Bohum”un futbolçularının özləri ilə fəxr etməyə haqqı çatır. İndi bizim üçün ən önəmli şey növbəti oyunda qalib gəlməkdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

8-02-2025, 20:0

“Bavariya” debütantdan üç qol buraxsa da... - İCMAL

Dünya futbolu

1-03-2025, 20:0

“Bavariya” fərqin azalmasına imkan vermədi - İCMAL

Dünya futbolu

4-10-2023, 18:0

“Bavariya” yenə “Leyptsiq” ilə bacarmadı – TURUN ŞƏRHİ

Dünya futbolu

25-10-2024, 16:0

“Bavariya” Keynin köməyi ilə vitse-çempionu “kötəklədi” - ŞƏRH

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 130
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 130
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə