• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"VAR-ı rədd eləmək lazımdı" - Samir Abasov

Ölkə futbolu / Manşet

28-02-2025, 23:0

"Neftçi" ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"i məğlub etdi - 1:0.

- Azarkeşlərə təşəkkür edirəm. Bizi yaxşı dəstəklədilər. Meydançaya baxan insanlar var, bu oyunda da, "Sumqayıt"la oyunda da çox əziyyət çəkdilər. Məşq meydançalarımızı da təmizləyib, bizə şərait yaradırlar. Hamısına təşəkkür edirəm. O qədər belə insanlar var ki, kölgədə qalırlar. Onlara təşəkkür etmək borcumuzdu.

- "Kəpəz"i hansı komponentdə üstələdiz?
- Bu gün komandanı oyuna hazırlamaq önəmli idi. 2:0 hesabı da təhlükəli idi, rahatlığı aradan qaldırmaq lazım idi. Uşaqlar ilk dəqiqədən göstərdilər ki, hansı niyyətlə oyuna çıxıblar. Futbol haqda danışmaq çox çətindi. Bu cür oyunlarda xarakter önə çıxır, vuruşmalısan. Futbolçular konsentrasiyalı, yüksək səviyyədə oynadılar. Paltardəyişmə otağında onlara təşəkkür edə bilmədim. Tez geyinib, bazaya getməliyik. Sağolsunlar. Reallığı götürsək, birinci oyunda cütün taleyi bəlkə də həll olunmuşdu. Amma bu gün xarakter göstərmək də çox önəmlidi. Onu da bacardılar.

- Qrafikə baxanda görürük ki, martın 22-dən sonra "Neftçi"nin çətin oyunları başlayır.... "Sabah" da kubok istəyir...
- Bəli, rəqib də kuboka köklənib. Martda hansı oyunların olduğunu bilmirdim. Hər həftə oynayacağımız matçlara köklənirik. Bu mövsüm nə qopara bildiksə, qoparacağıq. Kubok olsun, çempionat olsun. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız oyunlarda da xal toplamağa çalışacağıq. 1-2 ildi ki, referilər haqda danışmaq istəmirdim. Amma son vaxtlar verilən qərarlar, bizim matçlarda baş verən hadisələr məni narahat etməyə başlayıb. Bu hardan irəli gəlir? Hakimlər üçün də bu gün çox çətin idi, qaça-qaça meydançanı görmək... Amma elə epizodlar var ki, TV-də siz də, köhnə hakimlər də dəfələrlə vurğulayıblar. Bizə referilər seminar keçir. Hər epizod kitabdakı qədər olmur. Həmin vəziyyətə görə hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidi. Bugünkü qırmızı vərəqəyə etiraz etdim və edirəm də. Top bizim oyunçudadı. Aqressiya yox, top almaq yox. Pas verir və ayağı dəyir. Şiddət də yoxdu. VAR sistemi var. VAR-a baxa-baxa düşünməyə vaxt da olur. Sarı vərəqə də göstərmisən. "Qırmızılıq" bir şey yox idi, etiraz edirəm. Bir az diqqətli olmaq lazımdı. Başqa cür anlaşıla bilər. Bəzi epizodları qarşımıza qoyarlar ki, xeyrinizə qərarlar verilib. Referilərin düşdüyü vəziyyətdə kitbaba yox, həmin vəziyyətə görə qərar vermələrini istəyirəm. Qırmızı vərəqə ağır idi.

- Hakimin VAR-da epizodu dəyərləndirmək üçün vaxtı oldu. Qərəzdi, yoxsa hakim səhvi?
- Qərəz deyil, özünü "sığortalamaqdı". Hakim kitabı açacaq və buna oxşar epizodlar orda yazılacaq. Kimin qabağına getsə, açıb göstərəcək. Necə ki, yol polisi saxlayır və qaydaları göstərir. VAR-ı rədd eləmək lazımdı. Bilmirəm hakim futbol oynayıb, ya oynamayıb. Top ayağımdadı və ötürmə edirəm, şiddət yoxdu. "Qırmızı"dan danışmaq olmaz. VAR çağırsa da, analiz edə bilərsən. Sarı vərəqə ilə söhbət bağlanmalı idi. Dediklərim ağır çıxa bilər. Sadəcə məntiqlə düşünmək lazım idi. Dedim məntiqlə düşün və mənə darı vərəqə verildi. Qərəzdi, ya deyil, kimə görə edilib, bilmirəm.

- Appelyasiyaya müraciət edəcəksiz?
- Qərara baxacağıq. Ümid edirəm ki, bu qərarı çıxaranlar epizoda baxarlar. O qədər olub ki, qərarlar dəyişdirilib.

- 2020/21 mövsümündə komandada Yusuf Laval, Steven Monroz, Sabir Buqrin kimi oyunçular var idi ki, işlər yaxşı getməyəndə onlar ön plana çıxıb, nələrsə edirdi. Niyə indi komandada bu cür futbolçular yoxdu?
- Mənim üçün cavabı çətin olan sualdı. Məndən əvvəl başqa baş məşqçi olub, komandaya onun oyun tərzinə uyğun futbolçular dəvət edilib. Yayda dəyişikliklər olacaq. Elə mövqelər var ki, orada başqa cür oyunçular görməyi xoşlayıram. Bu gün həmin futbolçular yoxdu. Bu da mənim üçün problem deyil. Əlimizdə olan oyunçularla, istədiklərimizi etməyə çalışırıq.

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

4-12-2024, 20:0

Komandanı "Sumqayıt"a qarşı hazırlaşdırmaq çətindi, yoxsa "Qarabağ"a? - Samir Abasov cavabladı

Manşet / Konfrans Liqası

1-08-2024, 00:0

“Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna?” - Samir Abasov

Ölkə futbolu / Manşet

27-03-2022, 12:0

Cavid Hüseynov futbolçularına və azarkeşlərə təşəkkür etdi

Premyer-liqa / Manşet

1-03-2024, 22:0

"Heç bir azarkeşin ixtiyarı yoxdu desin ki, niyə "Kəpəz"ə uduzdun"

Premyer-liqa

27-05-2022, 22:0

Vurğun Hüseynov: “Hər birimiz azarkeşlərə minnətdar olmalıyıq” - AÇIQLAMA

Maraqlı / Manşet

7-07-2022, 15:0

Millimizin sabiq baş məşqçisi prezidentə təşəkkür etdi

Aktual
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
Son xəbərlər
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə