21 yaşadək milli komandamızın sabiq baş məşqçisi Milan Obradoviç maraqlı addımla diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, serbiyalı mütəxəssis rəsmi "tvitter" hesabında prezident İlham Əliyevə təşəkkür edib:
"3 il yarım müddətində gözəl günlər keçirdiyim üçün Azərbaycana təşəkkür edirəm. Komandam və bütün oyunçularımla fəxr edirəm. Bizə gözəl şərait yaratdığı üçün AFFA-ya təşəkkür edirəm. Belə böyük bir xalqa rəhbərlik edən və Azərbaycanı ən yüksək inkişaf səviyyəsinə çatdırmaq üçün səy göstərən cənab prezident İlham Əliyevə təşəkkür edirəm".
Qeyd edək ki, AFFA müqaviləsi başa çatan Milan Obradoviçlə yeni saziş imzalamayıb.
İLKİN SULTANLI