“Bu gün bizim xeyrimizə belə epizod olsaydı, deyərdilər ki...” – Rəşad Sadıqov

28.02.2025 19:07 245
Ölkə futbolu / Manşet
“Zirə” ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Araz-Naxçıvan”a məğlub oldu – 0:2.

“Football-plus.az” xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Futbolçularıma təşəkkür edirəm. Ən yaxşı oyunlarımızdan biri oldu. Əllərindən gələni etməyə çalışdılar ki, mərhələni keçən tərəf biz olaq. Mərhələni keçməyə yaxın olan tərəf olduğumuzu düşünürəm. Rəqib qazandığı üç penaltidən fərqləndi, onları təbrik edirəm. Artıq rəqiblər də bizi təhlil edir və böyük motivasiya ilə oynayırlar. Hər bir futbolçu meydanda əzmkar mübarizə apardı. Yaratdığımz qol fürsətlərindən istifadə etsəydik, mərhələni biz keçərdik. Sanki uğur rəqibin tərəfindəydi. Məğlubiyyəti həzm edib, növbəti oyunlara hazırlaşmalıyıq.

- Penalti epizodlarını necə şərh edərdiz?
- İlk epizod penalti idi. Düzü, epizodu təkrar izləməmişəm. İkinci epizodla bağlı 50-100 nümunə gətirərəm. Bir neçə klubumuzun blokdan istifadə etdiyini bilirik. VAR-a və meydanda olan hakimə belə epizodları göstərə bilərəm. Bu gün bizim xeyrimizə belə epizod olsaydı, deyərdilər ki, futbolçular bir-birini tuturdu və mübarizədi. Belə şeylərə öyrəşmişik. Hakimlər çox vaxt zərərimizə qərarlar qəbul edir. Digər məqamlarda da çoxsaylı dayanmalar oldu. Amma ilk hissəyə cəmi üç dəqiqə əlavə olundu. Hakimliyin üzərində çox dayanmaq istəmirəm.

- Düşünmürsüz ki, kubokda mübarizəni dayandırmaq çempionatda xeyrinizə ola bilər?
- Xeyr, düşünmürəm. Biz mərhələni keçmək istəyirdik. Çempionata köklənəcəyik. Mənim üçün həmişə çempionat prioritet olub.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul