• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şamaxı”nın “sirri” - KÖŞƏ

Manşet / Yazarlar

28-02-2025, 00:0

Ötən ilin sonlarında “Şamaxı”da sirli ayrılıqlar yaşanmağa başladı.

Qısa müddət ərzində əyalət təmsilçisi əsas heyətin üç üzvü ilə müqaviləni pozdu. Əvvəlcə İlkin Muradovun komandadan uzaqlaşdırılması ilə bağlı xəbər yayıldı. Bu ayrılığa “intizamsızlıq” adı qoyuldu. Amma konkret bu intizamsızlığın nədən ibarət olduğu, qovulan futbolçunun hansı günahı işlətdiyini bilmədik. Çox keçmədi ki, kapitan Adil Nağıyevlə gürcü legioner Georgi Kantariya klubdan qovuldu. Artıq şübhələnmək üçün yetərincə ciddi əsas var idi. Müxtəlif şayiələr dolaşmağa başladı. Bu şayiələrin də əsas məğzi ondan ibarət idi ki, qovulan futbolçular oyun alğı-satqısı ilə məşğul olub.

Həyatın qaydası belədi. Hanısa məsələdə doğru-düzgün açıqlama verilmirsə, insanlar işin əslini bilmirsə, orda mütləq dedi-qodu başlayır. Atalar məsəlində deyilmişkən, samanın düşməsi Zamanın ölməsinə çevrilir. Konkret bu hadisəylə bağlı da ortada rəsmi və dolğun heç bir açıqlama olmadığından şayiələrin də yayılması sürətləndi. Futbolçular da daş atıb, başını tuturdu ki, biz heç bir oyun alverində iştirak etməmişik, “Şamaxı”dan ayrılmağımızın səbəbi başqadı.

Sizin də yadınızda olar: “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov mətbuat konfranslarının birində ona məsələ ilə bağlı ünvanlanan suala belə cavab verdi ki, klub futbolçuların qovulması barədə açıqlama yayacaq. Klubun açıqlaması da başdansovdu oldu, sözləri bir-birinin ardınca düzdülər, nə demək istədiklərini də heç kim başa düşmədi. Yəni həmin açıqlama da elə açıqlama vermək xatirinə verildi.
Amma cidanı çuvalda gizlətmək mümkün olmadı. AFFA İntizam Komitəsi Adil Nağıyevi futboldan ömürlük uzaqlaşdıranda yayılan söz-söhbətin də həqiqət olduğu aydınlaşdı.

Məlum oldu ki, tüstü od olan yerdən çıxıbmış. Klubun bu məsələdə cəsarətli davranmaması, digər futbolçuların da gözünün odunun alınmaması üçün həqiqətin açıq deyilməməsi şəxsən məni təəssüfləndirdi. Əksinə, belə məqamlarda zamanında həqiqəti aşkarlamaq lazımdı ki, bu fikrə düşənlər də sabah biabır olacaqlarından qorxub, əyri əməllərdən çəkinsinlər.

Təəssüf ki, “Şamaxı” örtülü bazarın dostluğu pozmasından xəbərsiz davranır, özünü “sirr dağarcığı” kimi aparmaqda davam edir. Məlumatınız var ki, əyalət təmsilçi hücumçusu Belajdi Pusi ilə yolları ayırıb. Yox, onu oyun alverinə görə qovmayıblar. Albaniyalı hücumçu Rusiya premyer-liqasıda çıxış edən Voronej “Fakel”i ilə razılıq əldə edib, ora yollanıb.

Bəli, futbolçu düzgün addım atıb, irəliləmək şansını dəyərlənirib. Təəccüblüdü ki, “Şamaxı” buna nəyin qarşılığında razılıq verib? Çünki komandanın özünün qol vuran hücumçuya ehtiyacı var. 21 xalla 8-ci pillədə qərarlaşan “Şamaxı” elitadakı yerini qorumaq uğrunda mürəkkəb bir yarışın içindədi.

Mövsümün bitməsinə 13 tur qalıb, sonuncu pillədəki “Səbail”lə xal fərqi isə cəmi 4-ə bərabərdi. Həmkarlarımın Pusiyə görə ödəniləcək məbləğlə bağlı sualına “Şamaxı”nın idman direktoru Kamran İsmayılov belə cavab verib: “Burda heç bir qaranlıq məsələ yoxdur. Sadəcə, biz maliyyə məsələlərini açıqlamırıq”. Əhsən sizə. Belə çıxır ki, indiyə qədər oyunçuların alış-satış qiymətlərini açıqlayanlar qeyri-peşəkarlardı, bircə siz hər şeyi yaxşı bilirsiz.

Ehtiyatlı olun, belə sirr verməməklə mövsümün sonunda elitanı tərk edə bilərsiz, arada “Şamaxı”nın düşdüyü çətin vəziyyəti də düzgün təhlil edin.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

10-12-2024, 23:0

“Şamaxı”da yaşananlara PFL nə reaksiya verdi? – rəsmi açıqlama

Aktual / Ölkə futbolu

3-02-2025, 22:0

Adil, Mövlan, Muxtar və Xəyal cəzasını aldı, bəs Kantariya? - rəsmi açıqlama

Aktual / Ölkə futbolu

12-12-2024, 11:0

“Komandada olduğum vaxt ərzində...” – Muradov “Şamaxı”da gördüklərindən danışdı

Aktual / Ölkə futbolu

10-12-2024, 23:0

“Bəzən xəbərləri oxuyarkən qəhqəhə çəkirəm”- “Şamaxı” rəsmisi şok iddiadan danışdı

Aktual / Ölkə futbolu

30-12-2024, 21:0

“Yəni Adil və Kantariyanın gedişi ilə...” – “Şamaxı” Ramin Əhmədovu niyə göndərib?

Ölkə futbolu

10-12-2024, 10:0

"Şamaxı"dan müqaviləsinə xitam verilən futbolçularla bağlı açıqlama

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 327
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə