"Neftçi" "Kəpəz"ə qarşı kubok matçından əvvəl üzücü xəbəri açıqladı

27.02.2025 20:25 2 022
Ölkə futbolu
"Neftçi" ölkə kokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə cavab oyunun hazırlığını başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu barədəm Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar"da zədələrini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo, həmçinin səhhətində problem olan Robert Bauer Gəncə təmsilçisi ilə görüşü buraxacaqlar.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 19.30-da başlanacaq.