“Bu rahatlıq “Qarabağ”ın xeyrinə işləyə bilər” – pul, yoxsa nəticə?

30.01.2025 20:19 261
Aktual / Avropa Liqası
“Qarabağ” bu gün Avropa Liqasının 8-ci turu çərçivəsində “Olimpiakos”un qonağı olacaq. Ağdamlılar avrokubokların 2024/25 mövsümündə son oyununu keçirəcək.

“Qarabağ” “Olimpiakos”la mübarizədən qalib ayrılsa, daha 450 min, heç-heçə ilə razılaşsa, 150 min avro əldə edəcək.

Sırf puldan başqa “Qarabağ” üçün “Olimpiakos”la oyunun hansısa önəmini görürsüzmü? Hədəfinin qalmaması komandanın çıxışına nə dərəcədə təsir göstərəcək? Bu sualları təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq:

“Qarabağ” üçün bütün şanslar bitib. Buna baxmayaraq, “Qarabağ”ın bu oyuna da vacib oyun kimi yanaşacağını düşünürəm. Düşünməzdim ki, pul əsas rol oynayır. “Qarabağ”a belə oyunlar təcrübə baxımdan faydalıdı. Oyuna rahat çıxacaqlar. Rəqibə qələbə dah çox lazımdı. Bu rahatlıq “Qarabağ”ın xeyrinə işləyə, “Qarabağ”ın xal qazanmasına kömək ola bilər. Əlbəttə, “Olimpiakos” da güclü rəqibdi”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul