Coşqunun komandası uduzdu

5.01.2025 17:16 298
Dünya futbolu
Coşqun Diniyev Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" 18-ci turda "Manisa"nı qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşə start heyətdə başlayan Diniyev sona qədər meydanda olub.

Bu nəticədən sonra "Bandırmaspor" 33 xalla 2-ci pillədə qərarlaşıb və lider "Kocaelispor"dan 5 xal geri qalır.