• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu səviyyəyə gəlib çatmaq heç də asan olmadı” - Musiala vurduğu qollardan hansını fərqləndirdi?

Dünya futbolu / Müsahibə

4-01-2025, 23:0

Almaniya futbolunun göz bəbəyi Camal Musialanın karyerası sürətli və uğurlu şəkildə inkişaf etməkdədi.

"Football-plus.az" xəbər verir ki, 21 yaşlı futbolçu bundesliqada bir çox rekordların müəllifidi və artıq indidən “Bavariya”nın liderlərindəndi. Onun və digər “inci” Florian Virtsin qarşıdakı illərdə bundestimi arxasınca daşıyacağı güman olunur.

Təsadüfi deyil ki, Münhen nəhənginin idman direktoru Maks Eberl “Musiala qeyri-adi oyunçudu. Onu “Bavariya”nın siması kimi seçmək istəyimiz də məhz bununla bağlıdı” ifadəsini işlədib. Bu mövsüm 22 rəsmi oyunda hesabına 14 qol, 6 məhsuldar yazan Musiala bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib.

- Maks Eberlin sözlərinə reaksiyan necə oldu?
- Belə sözləri eşitmək mənim üçün böyük fəxrdi. Çünki “Bavariya” dünyanın ən güclü klublarından biridi. Ancaq bir yerdə dayanmaq istəmirəm. Futboldan zövq almaq və bununla yanaşı, çalışmaq, inkişaf etmək, titullar qazanmaq istəyirəm. Elə etməlisən ki, bunlara nail olarkən çox da təzyiq altında qalmayasan.

- “Leyptsiq”ə qarşı son matçla bağlı təəssüratını da bilmək maraqlı olardı.
- Təbii ki, belə nəticə gözləmirdik. Son illər onlara qarşı oyunlarımız həmişə çətin və gərgin mübarizə şəraitində keçirdi. Artıq “Bavariya” ilə “Leyptsiq”in duelini “böyük oyun” adlandırmaq olar. Oyuna yaxşı hazırlaşdıq və bu dəfə gözəl nəticə əldə etdik.

- Son vaxtlar başla qollarının sayının artdığını görürük. Bu, xüsusi məşqlərin nəticəsidi?
- Xeyr. Buna görə xüsusi məşqlər etmirəm. İngiltərədən bura ilk gəldiyim ilk günlərdə Hermann Herland köməkçi məşqçi idi. Onunla birlikdə baş zərbələrinə aid bir çox görüntülərə baxırdıq. Daha sonra xüsusi olaraq baş zərbələri üçün nəzərdə tutulan trenajorlarla məşq edirdim. Amma bu, yalnız qısa müddət davam etdi. O vaxtdan sonra baş zərbələri üçün heç bir xüsusi hazırlıq keçmədim. Mən həmişə hərtərəfli olmağa can atmışam və fikrimcə, bu mövsüm bu baxımdan irəliləmişəm. Cərimə meydançasında istər başla, istər ayaqla - hər cür vəziyyətdə qol vurmağa çalışıram.

- Topla oynamağı sevirsən və driblinq bacarığın bütün dünyada tanınır. Rəqiblər tez-tez sənə qarşı qaydanı pozur. Amma sənə qarşı kobudluq olanda da soyuqqanlı, sakit qalmağı bacarırsan. Sanki artıq bu qayda pozuntularına alışmısan...
- Deməzdim ki, rəqiblər topu məndən qayda pozuntusu ilə aldıqda bunu həmişə sakit qarşılayıram. Əsəbi anlarımın yer aldığı bir çox görüntülər mövcuddu. Amma təbii ki, mümkün olan dərəcədə sakit qalmağa çalışıram. Bu haqda oyunun gedişində hakimlərlə də söhbət edirəm. Bunu edən rəqib oyunçuya əsəbləşməməyə çalışsam da, hakimə həmin oyunçunu diqqətdə saxlamağı məsləhət görürəm. Eyni futbolçu 2-3 dəfə qaydanı pozursa, artıq ona sarə vərəqə göstərmək lazımdı. Çünki vərəqədən sonra başqa cür oynamaq məcburiyyətində qalır. Atam da mənə həmişə deyirdi ki, belə şeylər oyunun bir parçasıdı. Mənim daha bir özəlliyim odu ki, hər qayda pozuntusunda yıxılmamağa çalışıram. Bacardıqca ayaqda qalmağa, oyunu davam etdirməyə can atıram. Bilirəm ki, yıxıldımsa, böyük ehtimalla hakim cərimə zərbəsi təyin edəcək. Yəni mənim motivasiyam oyunu davam etdirməklə bağlıdı.

- Həm başla, həm ayaqla oynamağı, son nöqtəni qoymağı, hətta rəqibdən top almağı da bacarırsan. Bəs hansı keyfiyyətinin üzərində işləməyə ehtiyac var?
- Futbolda fərqli anlar olur. Mən məşqçilərimlə tez-tez söhbət edirəm. Bir neçə məşqçim var. Onların hər biri mənə məsləhətlər verir, hansı məqamın üzərində daha çox işləməli olduğumu deyir. Bəli, bu mövsüm ən çox can atdığım şeylərdən biri başla qollarımın sayının artması idi. Eyni zamanda çalışıram ki, həmişə cərimə meydançasında daha yaxşı mövqe seçim. Əvvəllər bu cəhətlər baxımından axsayırdım. Amma ümumi götürəndə futbolçu həmişə məşqlərdə daha yaxşı olmağa can atmalıdı. Yeniliklərə açıq olmalı və səviyyəsini artırmağa çalışmalıdı.

- Xüsusi istedadının olduğunu nə vaxt anladın? Elə bir konkret vaxt varmı ki, həmin an artıq ən yüksək səviyyədə oynayacağını başa düşdün?
- Bu səviyyəyə gəlib çatmaq heç də asan olmadı. Uşaq komandalarında, yeniyetmə yaşlarda tez-tez eşidirsən ki, əsas komandaya yüksəlmək həddən artıq çətin olur. “Çelsi”nin akademiyasında əvvəlcə özümü yaxşı tərəfdən göstərməyi bacardım. Amma sonra fiziki göstəricilərimə görə müəyyən problemlər yaşamağa başladım. Mübarizə aparmağa çalışsam da, beynimin bir ucunda həmişə “görəsən, bunu bacara biləcəmmi” kimi şübhələr dolaşırdı. Belə məqamlarda mənə ən çox anam və atam dəstək verirdi. Onların köməyi ilə pozitiv qalmağa, gələcəyə ümidlə baxmağa çalışırdım. Həmin çətin dönəmi adladıqdan sonra sürətlə inkişaf etməyə başladığımı anladım. Həm texniki cəhətdən, həm də digər məqamlarda özümə əminliyim get-gedə artırdı. Ona görə də hər şeyin uğurlu alınacağına inanmağa başladım.

- Müsahibələrinin birində kumirlərinin Messi ilə Ronaldinyo olduğunu qeyd etmişdin. Bəs indi idman dünyasından və ya başqa sahədən səni ruhlandıranlar kimlərdi?
- Hələ də Messi ilə Ronaldinyonun adını çəkərdim. Amma indi artıq onların sırasına Neymarı da əlavə edərdim. Uşaq yaşlarımda hər dəfə oyunlara çıxmamış “yutub”da Neymarın hərəkətlərinə, qollarına baxırdım. Onu izləmək məni ruhlandırırdı və sonra da meydanda həmin hərəkətləri etməyə çalışırdım. Amma müəyyən yaşdan sonra artıq bundan əl çəkdim. Başqa idman növlərindəki kumirlərimdən ilk növbədə Stefan Karrini qeyd edərdim. Uzun illərdi inanılmaz səviyyədə çıxış edir. “Bavariya”da indiki komanda yoldaşlarımdan Müller və Keyndən də çox şey öyrənmişəm.

- Komandanın və sənin inkişafında Vensan Kompaninin rolu nə qədərdi?
- Kompani ilk gündən bura konkret öz taktikasını və oyun fəlsəfəsini yerləşdirmək üçün gəldiyini göstərdi. Bu da çox xoşuma gəldi. Fikrimcə, onun dönəmində yeni səviyyəyə qalxmağı bacarmışam. Zatən həmişə buna can atıram və məşqçilərlə ünsiyyətdən çəkinmirəm. Kompani də mənə tez-tez dəyərli məsləhətlər verir. Onun ilk aylarını uğurlu saymaq olar. Amma təbii ki, hələ üzərində işləməli olduğumuz məqamlar çoxdu. Axsayan cəhətlərimizi yaxşılaşdıra bilərik. Ona görə də qarşıdakı ilə çox böyük ümidlə baxıram. Bu mövsüm elə oyunlar olub ki, səhvlərimizdən nəticə çıxarmalıyıq. Bu təcrübə daha vacib məqamda bizə faydalı olacaq.

- İndiyə qədər bundesliqada vurduğun qollar arasında ən çox bəyəndiyin hansıdı?
- Çox düşünməyimə ehtiyac yoxdu. 2022/23-də son turda “Köln”lə matçın son anlarında vurduğum qolu qeyd edərdim. Həmin qol bizə çempionluğu qazandırdı. Bəlkə də ondan daha gözəl qollarım olub. Amma başqa qolu heç cür seçə bilməzdim. Çünki indiyə qədər bundesliqada yaşadığım ən gözəl an məhz həmin qol ilə bağlıdı.

- Sonda həm “Bavariya”, həm də bundestim ilə bağlı əsas hədəflərini eşitmək istərdik.
- Yığma ilə bağlı əsas hədəf, təbii ki, dünya çempionluğudu. Hər futbolçu dünya çempionu olmaq arzusundadı. İndi artıq özümüzü Millətlər Liqasında da göstərə bilərik. Bu turnirə yaxşı köklənməyə və qalib gəlməyə çalışacağıq. ML-i qazanmaq mundial ərəfəsində bizi bir xeyli ruhlandıra bilər. Bunun üçün ilk növbədə İtaliya maneəsini adlamalıyıq. Klub səviyyəsində isə oyunların sayı çox olduğundan hər şey tez dəyişə bilir. Ona görə də ən yaxşısı oyundan-oyuna irəliləməkdi. ÇL-də qələbə haqda düşünmək üçün əvvəlcə “8-liy”ə düşməliyik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2023, 00:0

“Bavariya”nın oyunçusu sıradan çıxdı

Dünya futbolu

13-09-2024, 14:0

Musiala “Bavariya”nı tərk edəcək?

Aktual / Dünya futbolu

1-10-2024, 12:0

"Alyans Arena"da sirli görüş: həm "sülh", həm də sülh

Dünya futbolu

17-01-2024, 13:0

Tezliklə “Bavariya”ya təyinat alacaq

Dünya futbolu

3-04-2024, 00:0

“Bavariya” Alonsonun qərarına reaksiya verdi

Dünya futbolu

19-08-2022, 15:0

Daha 1 il "Bavariya"da qala bilər

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə