Tur sürpriz nəticə ilə start götürdü.
"Football-plus.az" xəbər verir ki, “Qalatasaray”ı büdrədən Arda Turanın “Eyüpspor”u bu dəfə çempionluğa digər namizəd “Fənərbaxça”dan xal qoparmağı bacardı.
Gərgin keçən və Ardanın hələ ilk yarıda qırmızı vərəqə alaraq tribunaya göndərildiyi matçda İstanbul nəhəngi 2-ci hissədə bəzi gözəl fürsətləri boşa verdi. “Eyüpspor” “Hacettepe”dən (2007/08) bu yana superliqada “Qalatasaray” və “Fənər”ə qarşı keçirdiyi ilk oyunlarda uduzmayan birinci komanda oldu. Joze Mourinyonun komandası çempionluq yolunda daha bir ağır zərbə aldı. “Sarı-lacivərdlilər” 16-cı oyunu yalnız 36 xalla tamamladılar. Müqayisə üçün bildirək ki, ötən mövsüm İsmayıl Kartalın “Fənər”i 16-cı turu 43 xalla bitirmişdi!
“Sivasspor” Ömər Ərdoğanın debüt oyununda tura 3-cü pillədə daxil olan “Samsunspor”la heç-heçə etdi. Qələbənin dadını unudan “Beşiktaş” isə fanatlarına iztirab yaşatmaqda davam edir. Ötən tur aşkar autsayder “Adana Dəmirspor”a səfərdə uduzan İstanbul nəhəngi bu dəfə evdə ortabab “Alanyaspor”la bacarmadı. Oyun ilk 7 dəqiqədə vurulan qarşılıqlı qollarla 1:1-lik bərabərliklə yekunlaşdı. “Fənərbaxça” üzərində qazanılan qələbə “Beşiktaş”ın son 8 turdakı yeganə uğurudu (3 heç-heçə, 4 məğlubiyyət)! Halbuki komanda ilk 8 turda uduzmamış (6 qələbə, 2 heç-heçə) və 24 mümkün xalın 20-ni toplamışdı.
Turun daha 4 oyunu bazar günü keçirildi. “Çaykur Rizəspor”u darmadağın edən “Göztəpə” 4-cü pilləyə yüksəldi.
“Antalyaspor”u 2 cavabsız qolla yenən “Qaziantep” isə evdə ardıcıl 5-ci qələbəsini qazandı. “Qalatasaray” üçün Kayseri səfəri mühüm əhəmiyyət daşıyırdı. Çünki Kayseri “Cim-Bom”un Okan Burukun dönəmində fəth edə bilmədiyi nadir şəhərlərdən biri idi. İstanbul nəhəngi 2022/23-də Kayseridə 1:2 məğlub olmuşdusa, ötən mövsüm burdan yalnız qolsuz bərabərliklə qayıtmışdı. “Qalatasaray” həm bu seriyanı bitirmək, həm də “Fənər”lə xal fərqini artırmaq istəyirdi. İntriqa gözləyənlərin ümidləri puç oldu. “Kayserispor” indi maddi cəhətdən heç də yaxşı dönəmdən keçmir. Bu iki sarı-qırmızı komanda arasında indi aşkar səviyyə fərqi var. 13-cü turda evdə “Fənərbaxça”dan 6 qol buraxan “Kayserispor” bu matçda da pərən-pərən düşdü. Düzdü, meydan sahibləri ilk yarıda pis təsir bağışlamadılar və fasiləyə yalnız 1 top fərqi ilə geridə yollandılar. Amma 2-ci hissədə son çempion rəqibi nokauta saldı. “Qalatasaray”ın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 20 oyuna (15 qələbə, 5 heç-heçə), superliqada səfərdəki rekord qələbə seriyası isə 16 oyuna yüksəldi! “Aslan” XXI əsrdə ilk, tarixində cəmi 3-cü dəfə bir təqvim ilini superliqada səfərdə uduzmadan tamamladı (17 oyun, 16 qələbə, 1 heç-heçə).
Daha öncə bu hal 1986 və 1999-cu illərdə yaşanmışdı. Ən əsası “Fənər”lə xal fərqini 8-ə yüksəldən “Qalatasaray” 16-cı oyunlar etibarilə Türkiyə çempionatı tarixinin həm xal (44), həm də qol (47) rekordunu yenilədi! Günün daha bir oyununda “Trabzonspor” evdə debütant “Bodrum”u çətinliklə yenərək 3 oyunluq qələbəsiz seriyaya son qoydu. 86-cı dəqiqədə fərqlənən portuqaliyalı cinah müdafiəçisi Maleyro Türkiyə karyerasında ilk qolunu vurdu. Oyun baş məşqçilər arasındakı qalmaqalla müşayiət olundu. Bir neçə həftə öncə “Bodrum”un başına keçən Volkan Dəmirəl oyundan öncə Şenol Günəşin əlini sıxmaqdan və onunla şəkil çəkdirməkdən imtina etdi.
Məlum olduğu kimi, ötən ilin fevralında Türkiyədə baş verən zəlzələdən sonra “Hatayspor” və “Qaziantep” çempionatdan çəkilmişdi. O vaxt Dəmirəl “Hatayspor”u, Günəş “Beşiktaş”ı çalışdırırdı. Günəş həmin dönəmdə “Hatayspor”un çempionatdan çəkilməsinin yanlış qərar olduğunu bildirərək komandanın oyunlara çıxmalı olduğunu qeyd etmişdi. Ancaq komandanın ulduzu Kristian Atsu zəlzələ zamanı həyatını itirdiyindən və “Hatayspor”un psixoloji durumu qaydasında olmadığından o dönəmdə Günəşin sözləri Türkiyə futbol ictimaiyyətində birmənalı qarşılanmamışdı. Görünür, o vaxtdan təcrübəli məşqçiyə qarşı kin saxlayan Dəmirəl indi qisasını məhz bu yolla aldı.
17-ci tur
Kayserispor – Qalatasaray 1:5
Bahoken, 14 – Osimhen, 4-p.; 71. Barış Alpər Yılmaz, 29; 87. Yunus Akgün, 51.
Qalatasaray: Muslera, Kaan Ayhan (Yelert, 78), Sançes, Abdulkadir Bardakcı, Yakobs (Bərkan Kutlu, 79), Sara, Torreyra (Berat Luş, 88), Yunus Akgün, Mertens (Batşuayi, 78), Barış Alpər Yılmaz, Osimhen (Metehan Baltacı, 86).
Eyüpspor – Fənərbaxça 1:1
Ahmed Kutucu, 26 – Ən-Nəsiri, 45+4.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 82), Çağlar Söyüncü, Ciku, Kostiç, Amrabat, Fred (Cengiz Ündər, 82), İrfan Can Kahveci (Sen-Maksimen, 69), Şimanski (Ceko, 69), Tadiç (İsmayıl Yüksək, 82), Ən-Nəsiri.
Beşiktaş – Alanyaspor 1:1
Rafa Silva, 7 – Nuno Lima, 5.
Beşiktaş: Mərt Günok, Svensson, Tayip Sanuç, Əmirhan Topçu, Zaynutdinov (Masuaku, 70), Salih Uçan (Ndur, 46), Əl Musrati (Mustafa Həkimoğlu, 88), Muçi (Oksleyd-Çemberleyn, 70), Fernandeş, Rafa Silva, Semih Kılıçsoy.
Trabzonspor –Bodrum 1:0
Maleyro, 86.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Lundstram, Əli Şahin Yılmaz (Enis Destan, 46), Ərən Elmalı (Arif Boşluk, 90+3), Ozan Tufan, Mendi, Cihan Çanak (Umut Günəş, 73), Çam (Salih Malkoçoğlu, 90+5), Nvakaeme, Banza.
İstanbul BŞ – Kasımpaşa 2:2
Pyontek, 9-p.; 42-p. – Da Koşta, 3. Gül, 68.
Qaziantep – Antalyaspor 2:0
Kozlovski, 42. Maksim, 66.
Göztəpə - Çaykur Rizəspor 3:0
Miroşi, 25; 78. Tiyaniç, 71.
Hatayspor – Adana Dəmirspor 1:3
Gülər, 62 – Abubakar, 25. Dəmirbağ, 70. Aymbetov, 75.
Sivasspor – Samsunspor 0:0
1. Qalatasaray 16 14 2 0 47-19 44
2. Fənərbaxça 16 11 3 2 40-15 36
3. Samsunspor 16 9 3 4 29-17 30
4. Göztəpə 16 8 4 4 31-21 28
5. Eyüpspor 17 7 6 4 25-18 27
6. Beşiktaş 16 7 5 4 25-18 26
7. İstanbul BŞ 16 6 5 5 27-23 23
8. Qaziantep 16 6 3 7 22-24 21
9. Antalyaspor 16 6 3 7 20-28 21
10. Kasımpaşa 16 4 8 4 22-23 20
11. Konyaspor 16 5 5 6 18-23 20
12. Çaykur Rizəspor 16 6 2 8 16-25 20
13. Trabzonspor 16 4 7 5 24-22 19
14. Sivasspor 17 5 4 8 20-27 19
15. Alanyaspor 16 4 6 6 16-19 18
16. Kayserispor 16 3 6 7 16-32 15
17. Bodrum 16 4 2 10 12-22 14
18. Hatayspor 16 1 6 9 14-27 9
19. Adana Dəmirspor (-3) 16 2 2 12 15-36 5
Bombardirlər: Pyontek (İstanbul BŞ) – 12, Banza (Trabzonspor) - 10, İmmobile (Beşiktaş), Ceko (Fənərbaxça), Osimhen (Qalatasaray) – 9.
Növbəti turun oyunları gələn il yanvarın 3-6-sı aralığında keçiriləcək: Adana Dəmirspor - İstanbul BŞ, Alanyaspor – Konyaspor, Antalyaspor – Eyüpspor, Bodrum – Kayserispor, Çaykur Rizəspor – Beşiktaş, Fənərbaxça – Hatayspor, Qalatasaray - Göztəpə, Kasımpaşa – Qaziantep, Samsunspor – Trabzonspor.
Turun rəqəmi
75 - rekordların adamı Okan Buruk bu tur daha bir önəmli göstəriciyə nail oldu. O, “Qalatasaray”ın başında superliqada 90-cı oyunda 75-ci qələbəsini qazandı (9 heç-heçə, 6 məğlubiyyət). Bununla da Buruk turnirin tarixində bir komandanın başında 75 qələbəyə ən tez çatan məşqçi oldu. Əvvəlki rekord “Fənərbaxça”nın başında 75-ci qələbəsini 103-cü oyunda qazanan Kristof Dauma məxsus idi.
Turun ulduzu
Yunus Akgün (Qalatasaray) – bu aralar sanki qanad açıb uçur. Düzdü, bu sözləri indi “Cim-Bom”un bir çox futbolçusu haqda demək olar. Amma komandanın öz yetirməsi olan 24 yaşlı Yunus göz görə-görə səviyyəsini yüksəldir və sanki yeni futbolçuya çevrilir. Ardıcıl 4-cü rəsmi qarşılaşmada qol sevinci yaşayan Akgün hesabına məhsuldar ötürmə də yazdı. O ardıcıl 3-cü superliqa matçında həm qol vurdu, həm də məhsuldar ötürmə verdi! Son 10 ildə “Qalatasaray”ın heyətində bunu yalnız İkardi (2023-ün yanvarında) bacarmışdı. Bu mövsüm Yunusun hesabında 23 rəsmi oyunda 10 qol, 5 məhsuldar ötürmə var.
Turun sitatı
Volkan Dəmirəl, “Bodrum”un baş məşqçisi: