Ronaldo fransalıları yenə hiddətləndirdi

29.12.2024 21:58 292
Dünya futbolu
Kriştiano Ronaldo fransalıları yenə hiddətləndirib.

“Globe Soccer Awards” mərasimində Yaxın Şərqin 2024-cü ilin ən yaxşı futbolçusu seçilən ulduz futbolçu növbəti açıqlaması ilə gündəmə gəlib. “Əl-Nəssr”in hücumçusu bir neçə ay əvvəl Fransa və Səudiyyə Ərəbistanı çempionatlarını müqayisə etdiyi açıqlamasını təkrarlayıb.

39 yaşlı Ronaldo mükafatlandırma mərasimində “Səudiyyə Ərəbistanı çempionatı Fransa Liqa 1-indən daha yaxşıdı” fikrini xatırladıb. O, “sözümün arxasındayam. Səudiyyə Ərəbistanı çempionatı Fransa Liqa 1-indən daha yaxşıdı. Fransada, sadəcə, PSJ var. Başqa komanda yoxdu” deyib.

Səs-küyə səbəb olan bu açıqlama fransalı futbolsevərlərin qəzəbinə səbəb olub.