• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MS derbidə də uduzdu, “Çelsi” liderlə xal fərqini azaltdı - İCMAL

Dünya futbolu

24-12-2024, 19:0

Premyer-liqada hesabat turu çempionluq uğrunda mübarizə aparan komandalardan “Liverpul”la “Arsenal”ın növbəti xal itkisi, heç cür böhrandan çıxa bilməyən “Mançester Siti”nin evdə “Mançester Yunayted”ə uduzması, “Çelsi”nin qələbə seriyasını davam etdirməsi, eləcə də “Tottenhem”in böyükhesablı qələbəsi ilə əlamətdar oldu.

“Arsenal” ardıcıl 2-ci çempionat oyununda qalib gələ bilmədi. “Topçular” bu dəfə “Everton”la evdə heç-heçə etdi. Londonlular oyunboyu ciddi ərazi üstünlüyünə malik oldu, topu nəzarətdə saxladı. Artetanın komandası ilk yarının gedişində hesabı açmaq baxımından yetərincə çox qol vəziyyəti yaratdı. Qonaqların qapıçısı Pikford bir neçə önəmli seyvlə yadda qaldı. 2-ci hissədə də “Arsenal” fasiləsiz hücum etdi, ancaq bu dəfə londonluların həmlələri kəsərsiz idi. Artetanın dəyişiklikləri də oyunu gücləndirmədi. “Topçular” onların vizit vərəqinə çevrilən künc zərbələrindən də yararlana bilmədi. “Emireyts”də qolsuz heç-heçəyə nail olan “Everton” üçün bu nəticə qələbəyə bərabərdi. “Arsenal” azarkeşləri isə ardıcıl 2-ci xal itkisinə görə hədsiz məyusdu. Xüsusən də “Liverpul”un paralel keçən matçda “Fulhem”lə heç-heçə etdiyini nəzərə alsaq. Deməli, Artetanın komandası liderdən geriliyi azaltmaq baxımından önəmli imkanı qaçırdı.

“Liverpul”la “Fulhem” qalibi müəyyənləşdirə bilmədi – 2:2. Slotun komandası “Nyukasl”la oyunda olduğu kimi, yenə xarakter göstərməli və hesabı bərabərləşdirməli oldu. “Enfild”dəki oyun premyer-liqanın lideri üçün hədsiz pis başladı. 11-ci dəqiqədə Robinsonun ötürməsindən yararlanan Pereyra Alissonu məyus etdi. 17-ci dəqiqədə isə Robertson qırmızı vərəqə hesabına Uilsonun potensial qol vəziyyətinin qarşısını aldı. Uzatma dəqiqələrini də nəzərə alsaq, “qırmızılar” faktiki saatyarım azlıqda oynadı. “Fulhem” 2-ci qolu vurmağa çox yaxın olsa da, fasilə ərəfəsində “Liverpul” təşəbbüsü ələ ala bildi. 2-ci hissənin əvvəlində isə Qakpo Salahın ötürməsindən sonra hesabı bərabərləşdirdi. Endşpildə hər iki komandanın əvəzetmələri işə yaradı. 76-cı dəqiqədə Muniz yenidən “bağbanlar”ı irəli çıxardı, “qırmızılar”ın heyətində isə oktyabrdan bəri ilk dəfə meydana çıxan Jota fərqləndi. “Liverpul” ardıcıl 2-ci turda iki xal itirdi. Hərçənd oyunun axarına baxsaq, mersisaydlıların fanatları final fitinə qədər fədakarlıq göstərən sevimlilərinə minnətdar olmalıdı.
Təbii ki, turun mərkəzi oyunu Mançester derbisi idi. Derbi heç də parlaq olmasa da, çox dramatik alındı. Və onu da göstərdi ki, “Siti” hələ də böhrandan çıxış yolunu tapmayıb. Hərçənd ilk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Onlar ilk yarıda topa daha çox nəzarət etdilər, maraqlı hücumlar qurdular. Hesab da hissənin sonuna yaxın açıldı.

“Siti” fasilədən sonra topu rəqibə versə də, yenə də hadisələrin axarına nəzarət edirdi. MY isə təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çətirdi. Amma Nunyeş əvvəlcə qapıçıya topu “yumşaq” ötürməklə kobud səhvə yol verdi, sonra də səhvini düzəltmək istəyərkən penaltiyə səbəbkar oldu. Fernandeş topla qapıçını fərqli künclərə göndərdi. Penaltini qazanan Dyallo iki dəqiqə sonra qapıçını da arxada qoyub iti bucaq altından dəqiq zərbə vurdu. “Siti”nin hesabı bərabərləşdirməyə, sadəcə, vaxtı yox idi.

“Arsenal”la MS-nin qeyri-sabit nəticələri fonunda “Çelsi” qələbə yürüşünü, deməli, həm də “Liverpul”un təqibini davam etdirir. Entso Mareskanın komandasının növbəti qurbanı “Brentford” oldu. “Brentford” səfərdə yaxşı oynamasa da, “Çelsi”yə qarşı son qarşılaşmaları çox yaxşı keçirmişdi. Bu dəfə isə londonlular oyunboyu vəziyyətə nəzarət etdi, daim hücumlar qurdu. Bu üstünlük hissənin sonunda vurulan qolda əksini tapdı. Fasilədən sonra da oyunun xarakteri dəyişmədi, “Çelsi” yenə xeyli qol vəziyyəti yaratdı. Cekson 80-ci dəqidədə 2-ci qolu vurmaqla intriqanı öldürsə də, qonaqlar son dəqiqələrdə güclü təzyiq hesabına qollardan birinin əvəzini çıxmağı bacardı. “Zadəganlar”ın bütün turnirləri əhatə edən qələbə seriyası 7-yə çatdı.
Nəhənglərdən ən inamlı qələbəni “Tottenhem” qazandı. Aşkar autsayder “Sauthempton”un qapısından elə ilk yarıda 5 cavabsız qol keçirən “mahmızlar” 2-ci hissəni formallığa çevirdi. “Tottenhem” premyer-liqada 3 oyunluq qələbəsiz seriyaya son qoydu. Oyundan dərhal sonra “müqəddəslər” baş məşqçisi Rassel Martini istefaya göndərdi.

Turun qalan oyunlarına gəlincə, “Nyukasl” Van Nistelroyun çalışdırdığı “Lester”i darmadağın etdi. Aşkar autsayderlərin duelində “İpsviç” “Vulverhempton”dan üstün oldu. “Canavarlar” məğlubiyyətin ardından baş məşqçi Hari О’Nil ilə vidalaşdı. “Nottingem Forest” “Aston Villa”nı məğlub etməklə MS-ni arxada qoydu. “Kristal Pelas” səfərdə “Brayton” üzərində inamlı qələbə qazandı. Dünən axşam keçirilən son oyunda isə “Bornmut” “Vest Hem” ilə heç-heçə etdi.

16-cı tur
Arsenal – Everton 0:0
(60176)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli (Parti, 69), Edeqor (Nvaneri, 62), Rays (Jorjinyo, 62), Merino (Jezus, 69), Saka, Haverts, Martinelli (Trossar, 75).
Liverpul – Fulhem 2:2
Qakpo, 47. Jota, 85 – Pereyra, 11. Muniz, 76. (60333)
Liverpul: Alisson, Aleksander-Arnold (Jota, 79), Qomes, Van Diyk, Robertson, Soboslai (Elliott, 79), Qravenberx, Cons (Kuansa, 70), Salah, Dias, Qakpo (Nunyes, 70).
Mançester Siti – Mançester Yunayted 1:2
Qvardiol, 36 – Fernandeş, 88-p. Dyallo, 90. (55014)
MS: Ederson, Uoker, Diaş, Qvardiol, Gündoğan (Savinyo, 89), B.Silva, Dokyu (Qriliş, 77), De Bruyne (Kovaçiç, 68), Foden, Nunyeş, Holann.
MY: Onana, De Liqt (Yoro, 79), Maquayr, Martines, Mazraui (Antoni, 78), Uqarte, Fernandeş, Dalot, Dyallo (Lindelöf, 90+1), Heylunn (Zirkzee, 78), Maunt (Maynu, 14).
Çelsi – Brentford 2:1
Kukurelya, 43. Cekson, 80 – Mbemo, 90. (39571)
Çelsi: Sançes, Hüsto, Adarabioyo, Koluill, Kukutrelya, Fernandes, Kaysedo, Madueke, Palmer, Sanço, Cekson (Nkunku, 83).
Sauthempton – Tottenhem 0:5
Meddison, 1; 45+4. Son Hın Min, 12. Kulusevski, 14. Sarr, 25. (31090)
Tottenhem: Forster, Spens (Dorrinqton, 77), Qrey, Drequşin, Udoci (Porro, 28), Berqvall, Sarr, Kulusevski, Meddison (Verner, 77), Son Hın Min (Conson, 46), Solanke (Lankşir, 82).
Nyukasl – Lester 4:0
Merfi, 30; 60. Gimarayns, 47. İsak, 50. (52235)
Vulverhempton – İpsviç 1:2
Kunya, 72 – Doherti, 15-öz qapısına. Teylor, 90+4. (30866)
Nottingem Forest – Aston Villa 2:1
Milenkoviç, 87. Elanqa, 90+3 – Duran, 63. (30117)
Brayton – Kristal Pelas 1:3
Qexi, 87-öz qapısına – Çaloba, 27. Sarr, 33; 82. (30893)
Bornmut – Vest Hem 1:1
Ünal, 90 – Paketa, 87-p.

1. Liverpul 15 11 3 1 31-13 36
2. Çelsi 16 10 4 2 37-19 34
3. Arsenal 16 8 6 2 29-15 30
4. Nottingem F. 16 8 4 4 21-19 28
5. Mançester S. 16 8 3 5 28-23 27
6. Bornmut 16 7 4 5 24-21 25
7. Aston Villa 16 7 4 5 24-25 25
8. Fulhem 16 6 6 4 24-22 24
9. Brayton 16 6 6 4 26-25 24
10. Tottenhem 16 7 2 7 36-19 23
11. Brentford 16 7 2 7 32-30 23
12. Nyukasl 16 6 5 5 23-21 23
13. Mançester Y. 16 6 4 6 21-19 22
14. Vest Hem 16 5 4 7 21-29 19
15. Kristal Pelas 16 3 7 6 17-21 16
16. Everton 15 3 6 6 14-21 15
17. Lester 16 3 5 8 21-34 14
18. İpsviç 16 2 6 8 16-28 12
19. Vulverhempton 16 2 3 11 24-40 9
20. Sauthempton 16 1 2 13 11-36 5

Bombardirlər: Salah (Liverpul), Holann (MS) – 13, Palmer (Çelsi) – 11, Vud (Nottingem Forest), Mbemo (Brentford) – 10.

Turun rəqəmi
100 – Salah “Liverpul”un heyətində bütün turnirlərdəki məhsuldar ötürmələrin sayını bu həddə çatdırdı. Misirli ulduzun ötürmələrinin 13-ü bu mövsümün payına düşüb. 2017-dən bəri “Liverpul”un formasını geyən Salah bu müddətdə bütün turnirlərdə 372 oyuna çıxıb, 227 qol vurub.

Turun ulduzu
Amad Dyallo (Mançester Yunayted) – Kot d”İvuardan olan futbolçu oyunboyu fəallığına görə başqalarından seçildi. Məhz o, sonda oyunun axarını dəyişə bildi. Əvvəlcə Nunyeşin səhvindən yararlanıb penalti qazandı, ardından gözəl qol vurdu.

Turun sitatı
Bernardo Silva, MS-nin yarımmüdafiəçisi:

“Başverənləri haqq etdik. Bu səviyyədə bir-iki oyun uğursuz ola bilər. Ancaq bir şey 10 oyun ərzində təkrarlanırsa, bunun təsadüf və ya bəxtsizlik olduğunu demək olmaz. Derbinin 87-ci dəqiqəsində, 1:0 öndə olduğumuz oyunda künc zərbəmizin ardından qapımıza penalti təyin olunur. Sona 3-4 dəqiqə qalmış belə axmaq qərarlar verirsizsə, əvəzini ödəməlisiz. Oyuna baxsaq, fikrimcə, qələbə qazanmalı olan bir komanda var idi, amma nəticədə biz uduzduq. Hər şey qəbul etdiyimiz qərarlarla bağlıdı. Bu gün son dəqiqələrdə 15 yaşlı uşaqlar kimi oynadıq”.


Faktlar
* MS bütün turnirlərdə keçirdiyi son 11 oyunun 8-də uduzub.
* “Lester”lə oyunda həm qol vuran, həm də məhsuldar ötürmə verən İsak “Nyukasl”da indiyə qədər Endi Koulla Alan Şirerin müəyyənləşdirdiyi klub rekordunu təkrarladı. İsveçli hücumçu “sağsağanlar”ın tarixinə premyer-liqada bir təqvim ilində 20 qol vurmağı bacaran 3-cü futbolçu kimi düşdü. Əvvəllər yalnız Koul (1994) və Şirer (iki dəfə - 1999, 2002) bu uğura nail olub.
* MY 2021-ci ildən bəri ilk dəfə MS-ni premyer-liqada səfərdə məğlub etdi. Həmin il martın 7-də “qırmızı şeytanlar” “Etihad”da 2:0 hesablı qələbə qazanmışdı.
* Amorim ilk Mançester derbisində qələbə qazandı. MY-nin baş məşqçilərindən əvvəllər bunu yalnız ser Aleks Ferqyuson bacarmışdı.

Oyundan sonra
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Oyunun axarını nəzərə alsaq, düşünürəm ki, nəticə qəbulediləndi. Çox emosional oyunda futbolçularımın çətin durumlara verdiyi reaksiyanı görmək xoş idi. Hakimin bəzi qərarları şübhəli olsa da, büdrəməyimizdə onun günahkar olduğunu düşünmürəm. Azlıqda daha yaxşı oynadıq. “Fulhem”lə evdə oynadığımızı nəzərə alsaq, nəticə məyusluq doğurur. Oyunda yaranan uzunmüddətli fasilələr bəlkə də xeyrimizə oldu. Bərabər heyətlərlə problemimiz daha çox idi, nəinki azlıqda qalandan sonra. Üç-dörd yaxşı qol imkanı yaratsaq da, fərqlənə bilmədik”.


Ruben Amorim, MY-nin baş məşqçisi:
“Düşünürəm ki, qələbəni haqq etdik. Ağır oyun olsa da, sona qədər qələbəyə inandıq. Bu qələbə bizə və azarkeşlərə çox lazım idi. “Arsenal”la oyunu xatırlasaq, onda ilk yarıda yaxşı oynasaq da, futbolçular qələbə qazanacaqlarına inanmırdılar. Bugünkü oyun tam fərqli idi”.


Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Çempionluq? Məncə, hazır deyilik. Sözsüz, siz titul haqda danışa bilərsiz, azarkeşlər bunu arzulaya bilər... Məndən soruşursuzsa, düşündüyümü deyirəm. Biz hazır deyilik, ancaq azarkeşlərin bunu arzulamasına görə sevinirik”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Yetərincə yaxşı deyiləm. Rəisəm, baş məşqçiyəm, çıxış yolu tapmalıyam, ancaq hələ ki bunu bacarmıram. Reallıq belədi. Yaxşı oynamaq, qol vəziyyətləri yaratmaq istəyirik. Ancaq indiki məqamda bu mümkünsüzdü. Vəziyyət get-gedə pisləşir. Çıxış yolu tapmalıyam. Həqiqət ondan ibarətdi ki, hələ tapa bilməmişəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

10-05-2024, 18:0

Premyer-liqada amansız çempionluq mübarizəsi - “Arsenal” liderdi, hər şey MS-nin əlindədi, “Liverpul”a möcüzə lazımdı

Dünya futbolu / Manşet

5-03-2024, 23:0

''Arsenal'' unikal rekordun sahibi oldu

Dünya futbolu

17-05-2023, 17:0

“Arsenal” “Mançester Siti”nin işini asanlaşdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

8-03-2023, 21:0

İngiltərə premyer-liqasının 26-cı turu ilə bağlı MARAQLI FAKTLAR

Aktual
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Son xəbərlər
  • Bu gün, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Bu gün, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Bu gün, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 239
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə