Almaniya Superkuboku onun adını daşıyacaq

23.12.2024 22:12 271
Dünya futbolu
Almaniya Futbol İttifaqı və Almaniya Futbol Liqası birgə qərar qəbul edib.

Ümumi qərara əsasən, Almaniya Superkuboku bundan sonra Frants Bekkenbauerin adını daşıyacaq.

Turnir gələn ildən Frants Bekkenbauer Kuboku adlanacaq. Yeni adla ilk oyun gələn il avqustun 16-da keçiriləcək. Həmin matçda bundesliqanın çempionu ilə ölkə kubokunun sahibi qarşılaşacaq.

Xatırladaq ki, Almaniya yığmasının əfsanəvi oyunçusu olan Bekkenbauer bu il yanvarın 7-də 78 yaşında vəfat edib.